21 may 2019 10:08

Büdcə təşkilatı biznes sinfinə aid xidməti avtomobil alır - TENDER

Bir ədəd biznes sinfinə (Hyundai Sonata, KİA Optima, Wolksvagen Passat, Honda Accord) aid avtonəqliyyat vasitəsinin satın alınmasına dair “Enerji Məsələlərini Tənzimləmə Agentliyi” PHŞ kotirovkalar sorğusu elan edir.

FED.az rəsmi məlumata istinadən xəbər verir ki, kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 29 may 2019-cu il saat 16:00-a kimi qəbul olunur.

Maraqlanan təşkilatlar (012) 598 16 53 (daxili 1176) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Ünvan: Bakı, Heydər Əliyev pr. 152 (Çinar Plaza, mərtəbə 14, AZ1029)

Xatırladaq ki, agentlik bir ədəd "Toyota Camry", "Toyota Corolla" və “Volkswagen Passat” markalı avtomobillərin 5 aylıq kirayəsinə 25 332 manat xərcləyib.

Eləcə də bax: Mərkəzi Bank pulsayan maşınlar alır - TENDER

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz