Azərbaycanda payızlıq taxıl əkinləri mövsümü başlayıb.
FED.az xəbər verir ki, artıq sentyabr ayından etibarən respublikanın bölgələrində taxıl əkin ilə məşğul olan fermer və təsərrüfatlar əkiləcək bitkilərlə bağlı bəyanlara başlayıblar.
Bəyan etmək – fermerlər tərəfindən əkiləcək sahə və toplanacaq məhsulun həcmi ilə bağlı proqnozlar barədə Dövlət Aqrar İnkişaf Mərkəzlərinə məlumat verməkdir. Bununla əlaqədar olaraq hansı taxıl toxumlarının daha sərfəli olması və taxılı əkinindən nə qədər gəlir əldə edilməsi indi ən çox müzakirə olunan məsələdir.
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi Tədqiqat İnstitutundan FED.az-a bildirilib ki, hazırda ölkədə istifadə olunan bəzi toxumlar üzrə məhsuldarlıq 1 hektardan 7-7,5 tonadək arta bilər.
Taxıl, o cümlədən ərzaqlıq buğda əkini üçün hansı toxum daha məhsuldar və sərfəlidir?
Əkinçilik institutunda yaradılmış yumşaq buğda sortları ərzaqlıq buğda istehsalı üçün yararlıdır. Ölkədə istifadəsinə icazə verilmiş yerli və xarici sortların siyahısı “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin DÖVLƏT REYESTRİ”ndə verilmişdir (http://www.axa.gov.az/uploads/files/services/bitki--1663327877.pdf). Ümumiyyətlə son illərdə qeydiyyata alınmıs buğda sortlarının məhsuldarlığı becərmə şəraitindən asılı olaraq 7,0 -7,5 ton/ha qədər ola bilir.
Hansı buğda toxumları kənar təsirlərə – yəni susuzluğa və ya xəstəliklərə qarşı daha davamlıdır?
Respublikada buğda suvarma və dəmyə şəraitində becərilir. Hal-hazırda suvarma şəraitində ən çox əkilən yumşaq buğda sortları – “Murov 2”, “Qırmızı Gül 1”, “Qobustan”, “Əsgəran”, “Xəzri”, “Şəfəq 2”, “Fatimə”, “Tunc” və s., dəmyə şəraitində isə “Ləyaqətli 80”, “Qobustan”, “Baba 75” və s. Yeni yaradılmış sortlar əsasən xəstəliklərə davamlı olur.
Sahibkarlar üçün qazanc götürmək baxımından taxılın minimum məhsuldarlığı nə qədər olmalıdır?
Bu əsasən məhsulun bazar satış qiymətindən asılıdır. Bütun aqrotexniki qaydalara əməl etdikdə hər hektara ortalama 800-1000 AZN xərc çəkilərsə suvarma şəraitində təxmini 5 tondan yuxarı, dəmyə şəraitində isə 3 tona yaxın məhsul əldə etmək olur.
Hazırda ölkəmizdə ən populyar toxumlar hansıdır və bununu səbəbi nədir?
Hal-hazırda yerli sortlardan suvarma şəraitində ən çox əkilən yumşaq buğda sortları – “Murov 2”, “Qırmızı Gül 1”, “Qobustan”, “Əsgəran”, “Xəzri”, “Şəfəq 2”, “Fatimə”, “Tunc” və s., dəmyə şəraitində isə “Ləyaqətli 80”, “Qobustan”, “Baba 75”, “Aran” və s. Bu sortlar keyfiyyətinə görə çörəkbişirmə sənayesinin tələblərinə cavab verir və yüksək məhsuldar, xəstəliklərə davamlıdırlar.
Ölkənin hansı regionlarında hansı toxumların əkilməsi daha uyğundur ?
Quraq dəmyə üçün əsasən – “Ləyaqətli 80”, “Qobustan”, “Baba 75”
Nəmliklə qismən təmin olunmuş dağlıq və dağətəyi bölgələr üçün – “Ləyaqətli 80”, “Qobustan”, “Baba 75”, “Xəzri”, “Şəfəq 2”, “Aran” və s.
Suvarılan bölgələr üçün – “Murov 2”, “Qırmızı Gül 1”, “Qobustan”, “Əsgəran”, “Xəzri”, “Şəfəq 2”, “Fatimə”, “Tunc” və s.
Buğda toxumlarının qiyməti necədir?
Toxum (kg) |
Qiyməti (AZN) |
Toxum Taxıl Fransa növü |
0.60 |
Toxum Taxıl Qarabağ növü |
0.60 |
Toxum Buğda Fransa növü və Qarabağ növü |
0.60 |
Qırmızı Bezos |
0.40 |
Qırmızı Gül Buğda sortu nömrə 1 |
0.50 |
Fransa buğda növü bernan (qırmızı) |
0.45 |
Bezoz-Qrom Buğda |
0.42 |
Mourizio |
0.50 |
Şamaxı buğdası |
0.36 |
Qobustan Buğda növü |
0.45 |
Qobustan R2 buğda |
0.60 |
Qızılgül buğda sortu |
0.42 |
Super Elit buğda toxumları. |
1.50 |
Elit və R1 toxumlar. |
0.75 |
Fatime növü |
0.60 |
Buğda toxumu Murov-2 |
0.50 |
Buğda toxumu Qırmızı gül |
0.45 |
Elit Qron |
1.10 |
Elit Tanya |
1.10 |
Buğda Toxumu Alekseiç |
0.25 |
Buğda Toxumu "Gaudio" R2 |
0.90 |
Buğda Toxumu "Gaudio" R1 |
1.00 |
Buğda Toxumu "Maurizio" |
0.90 |
Buğda Toxumu "Viktoriya-11" Super Elit |
1.50 |
Buğda Toxumu "Karolina-5" Super Elit |
1.50 |
Buğda Toxumu "Berezit" Super Elit |
1.50 |
Buğda Toxumu "Arsenal" R1 |
1.20 |
Buğda Toxumu "Arsenal" Elit |
1.35 |
Ləyaqətli 80 Buğda |
1.48 |
Buğda Toxumu Bezostaya 100 R1 |
0.20 |