Şabalıd bizim mədəniyyətimizdə də olduqca əhəmiyyətli bir yerə sahibdir. Qış aylarında küçələrdə, evlərdə bişirilir, yeməklərə qatılır, şirniyyat hazırlanır, əzməsi və püresi hazırlanır. Şirin dadıyla yanaşı, insanda doydurucu bir təsir yaratması da olduqca əhəmiyyətli bir haldır. Vitamin və mineral baxımından sanki bir depodur. Şabalıdın tərkibində 60%-ə qədər nişasta, 15% şəkər, 6% zülal, 2%-ə qədər yağ olur. Yetişməmiş meyvələrdə 1500 mq C, 0,18 mq B1 vitamini vardır.
Azərbaycanın meşələrində və bağlarında şabalıdın bir çox müxtəlif formaları vardır.
Şabalıd 100-150 il ömür sürür. Hətta 1000 illik şabalıd ağacları mövcuddur.
Yüksək məhsul 2-3 ildən bir olur.
Şabalıd bitkisi toxumlar və calaq vasitəsi ilə çoxaldılır. Bu bitki mənzərə bağçılığında və ya meşə salmaq meqsədiylə istifadə olunacaqsa, toxumları ilə çoxaldılır. Bir meyvə bitkisi kimi becəriləcəksə, meyvə bağı salınacaqsa, toxmacarlar ikinci ili yaxşı sortlarla calaq edilir. Toxumdan çıxan ağacı calanmamış əkəndə bar verir, lakin növ müxtəliiyi yaranır. Meyvədə cırlaşma gedir.
Şabalıd bağı salmaq üçün seçilmiş sahələr münbit, dərin laylı su ilə təmin olunan sahə olmalıdır. Əsas şum 35-40sms dərinlikdə aparılmalıdır. Sonra iki istiqamətdə malalanır. Şabalıd üçün qida sahəsi 12x12m hesablanır. Yaxşı olar ki, tinglər payızda torpağa(yerə) əkilsin. Çalanın dərinliyi 40sm, diametri 50sm olmalıdır. Ting əkilən zaman hər çalaya 10 kq çürümüş peyini torpağa qatıb vermək lazımdır. Suvarması mütəmadi olaraq aparılmalıdır.
Meyvə almaq üçün 3 il yaxşı qulluq etmək lazımdır
Köklərinə bol-bol vitamin verici gübrə dəstəyi aparılmalıdır
Budaqları müntəzəm fasilələrlə uyğun şəkildə budanmalıdır
Soyuq havalara dözümlü olduğuna görə inamla əkə bilərsiniz.
Şabalıd ağacı neçə ildə meyvə verir?
Şabalıd ağacına qulluq və yetişdirilməsi yaxşı aparıldığı, lazımi bütün şərait şərtləri təmin olunduğu təqdirdə olduqca məhsuldar bir meyvə ağacıdır. Ancaq əks halda suvarması etinasızlıq edildikdə, lazımi qayğı almadığı halda ya keyyyət olaraq pis meyvə verər. Ya da miqdar olaraq gözlənildiyindən olduqca aşağı meyvə alar ya da almaya bilərsiniz. Əkilən şabalıd ağaclarıadətən meyvə verməyə ağacın torpağa kifayət qədər öyrəşdikdə və məskunlaşdıqdan sonra baş verir. Bu müddət orta hesabla 3-4 ola bilər. Ağacdan tam məhsuldar meyvə almağınız isə adətən 5 ildən sonra olacaqdır.Şabalıd ağacı bu cəhətdən bir az səbr və zəhmət tələb edir, ancaq unudulmamalıdır ki, şabalıd ağacı eyni zamanda verdiyiniz bu əməyinqarşılığını bütün qaytarır.
Şabalıd tingi hansı ayda əkilir?
Şabalıd ağacı quruluş olaraq çox soyuq havalara qarşı dayanıqlıdır. Qış aylarında -30 dərəcə soyuqlara dözümlü ağac üçün əkilən dövr çox vacibdir. Bir yerə əgər şabalıd ağacı əkilirsə iki şabalıd ağacı arasında ən az 10 metr qədər sahə buraxılmalıdır. Əkshalda bu sahə daha az səviyyədə olarsa şabalıd ağacından tam məhsul verimi gözlənilmir. Bu da arzuolunmaz hal kimi qarşımıza çıxır. Şabalıd tinginin əkin vaxtı ağacın yarpaq tökmə dövrü olan dekabr ayının ortasından etibarən təxminən aprel ayının ortasına qədər keçirilməsi uyğun olacaqdır. Qalan aylarda əkilən tinglər ümumiyyətlə tutmur və ting tələf olur.
Şabalıdın yetişdirmə şərtləri nələrdir?
Şabalıd ağacı dəniz səviyyəsindən yüksəkdə olmağı sevən bir ağacdır. Adətən yetişdiyi yerlər dəniz səviyyəsindən orta hesabla 400 ilə 1200 metr-ə qədər yüksək olan yerlərdir. Qış aylarında çox soyuq havalara da olduqca dözən şabalıd ağacı ümumiyyətlə mülayim yerləri daha çox sevir. Bununla bərabərşabalıd ağacları nə qədər günəş işığını alsalar meyvələri də bir o qədər bol və keyyyətli olur. Torpağı isə rütubət baxımından yaxşı bir səviyyəyə malik olmalı və torpaq ağır metallardan məhrum olmalıdır.
Bütün bunlarla yanaşı eyni zamanda gübrələmə və dezinseksiya etmək şabalıd ağacı üçün olduqca önəmli hallardır. Ağacın kökünün əsas kök olmasına görə kalium baxımından zəngin bir torpağa əkilməsi olduqca əhəmiyyətlidir.
Şabalıd bağlarında görülən digər işlər ümum meyvə bağlarında olduğu kimidir. Bu bağlarda qida sahəsi geniş olduğu üçün və meyvəyə gec düşdüyündən burada cərgə aralarına 10-15 il istifadə etmək üçün başqa meyvə ağacları əkmək məsləhət görülür. Xüsusiylə alçaqboylu alça, alma, gavalı və s. Bunlar olmazsa başqa bostan-tərəvəz bitkisi də əkmək olar.
Qeyd edək ki, Şabalıd Azərbaycanda geniş sahədə yalnız Böyük Qafqaz dağlarının ətəklərindəki meşələrdə bitir. Şəki-Zaqatala zonası şabalıd bağları ilə məşhurdur (aqroekspert.az).
Şabalıddan necə gəlir götürmək olar? - BAĞ SALINMASI QAYDASI
12:17
16 Dek 2018