Rusiyada manqo və qarpızlara tələbat 100%-dən çox artıb. Bu sahədə araşdırma aparan şirkətin məlumatına görə, bostan məhsullarının satışı da 83%, gavalı 65%, heyva 60% artıb.
İyunda xaricə şaftalı satanların gəlirləri - İKİ DƏFƏDƏN ÇOX ARTIB
Azərbaycan şaftalı ixracından gəlirini kəskin artırıb - YENİ RƏQƏMLƏR
Aqrar Subsidiya Şurası 2026-cı il üçün subsidiya əmsallarını açıqlayıb - ƏKİNLƏR, MƏBLƏĞLƏR, ŞƏRTLƏR
FED.az xəbər verir ki, 2025-ci ilin birinci yarısında Rusiyada manqo satışlarının artımı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 108%, qarpız satışı isə 107% təşkil edib. Bazarı araşdıran NTech analitik şirkətinin məlumatına görə, bu dövrdə bostan məhsulları 83 faiz, gavalı 65 faiz, heyva 60 faiz, çeşidli giləmeyvə 33 faiz, pitaxa 29 faiz, ərik 22 faiz, xurma 17 faiz, çiyələk satışı 16 faiz artıb.
"Formal olaraq, qarpız anvar-iyun ayları arasında sürətli artım nümayiş etdiriblər - 107%, bostan məhslları isə 83% artıb. Bununla yanaşı, şirkət qeyd edir ki, bu cür məlumatları göstərici adlandırmaq olmaz, çünki bunlar mövsümi rəqəmlərdir. «Eyni sözləri sentyabrda 65% artan gavalı haqqında da deyə bilərik»-deyə şirkət bildirir.
Eyni zamanda, Rusiyada nektarin satışı 26%, şaftalı - 30% və albalı - 26% azalıb. NTech əlavə edib ki, yanvar-iyun aylarında almanın satış həcmi demək olar ki, dəyişməyib, illik artım təxminən 1% təşkil edir.