Kənd Təsərüfatı Nazirliyi ölkədəki taxıl biçinində guya kombayn çatışmazlığının olması və kombaynların ilk növbədə iri təsərrüfatların taxılını biməsi haqqında məlumatları qəti surətdə təkzib edib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Hyseynov FED.az-a bildirib ki, hazırda biçin aparılan bütün bölgələrdə kifayət qədər kombayn var və onlar ilk növbədə məhz kiçik təsərrüfatların taxılını biçirlər. Xatırlaaq ki, bununla bağlı yayılan şikayətlərdə Bərdə, Biləsuvar və İmişli rayonlarının adı çəkilirdi.
«Baxın, Bərdə də 2 568 hektarda arpa əkilib, indiyədək onun 2 058 hektarı, yəni 80 faizi biçilib. Kombayn tapılmırsa, necə biçilib?!»-deyə V.Hüseynov bildirib.
Biləsuvar və İmişlidə də təqribən eyni vəziyyətdir: «Biləsuvarda 14 900 hektar arpa sahəsinin 10 360 hektarı, yəni 75%- biçilib. İmişli rayonunda isə 6 322 hektar arpa sahəsinin 2 573 hektarı, yəni 45 faizi biçilib. Kombayn yoxdursa, buna nec nail olunub?».
Nazirlik nümayəndəsi bildirir ki, belə məlumatların anonim şəkildə yayımlanmasına baxmayaraq indiyədək bu rayonların heç birindən kombayn çatışmazlığı barədə nazirliyə şikayət və müraciət daxil olmayıb: «İddialar kökündən səhvdir və operativ qərargahlar bütün məsələlərə nəarət edir».
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlarda İmişlinin Qismətli kəndində də biçinlə bağlı kombayn çatışmazlağının olduğu bildirilirdi. V.Hüseynov isə bildirir ki, İmişlidəki operativ qərargahın məlumatına görə, Qismətli kəndində arpa biçini sabah – iyunun 8-də başa çatacaq.
Ümumilikdə ölkə üzrə arpa sahələrinin 30-35%-i biçilib.
Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi biçin dövründə kombaynların hərəkətinə və harada işləməsinə ciddi nəzarət olunduğunu bildirir. Onun sözlərinə görə. Bütün kombaynlarda GPS cihazı quraşdırılır və onların istənilən yerdəyişməsi və harada işləməsi operativ qərargahın nəzarətindədir.
O ki qaldı kombaynların ilk növbədə iri təsərrüfatlara göndərilməsinə, nazirlik rəsmisi belə məlumatların ümumiyyətlə qeyri-ciddi olduğunu bildirir. Onun sözlərinə görə, əvvəlcədən də elan olunduğu kimi, aqroservislər tərəfindən icarəyə verilən kombaynlar ilk növbədə məhz kiçik təsərrüfatlarda, yəni 50 hektardan az olan sahələrdə işləyir: «Biçin ərəfəsində bütün təsərrüfatlar müraciət edib növbəyə yazılırlar, həmin ərazidə kombaynlara tələbat da bu üsulla müəyyən edilir. Və ilk növbədə kiçik təsərrüfatlara xidmət olunur».
Amma bu deyilənlər yalnız aqroservislərdəki kombaynlara aiddir: «Ölkədə bütün kombaynlar bizim deyil, özəl şəxslərin də kombaynları var və onlar özləri istədikləri yerdə biçin aparırlar. Bundan başqa, iri özəl şirkələrin, təsərrüfatların və aqroparkların da öz kombaynları var».
Qeyd edək ki, hazırda Azərbaycanda taxıl biçininə ölkə üzrə 1 184 kombayn cəlb edilib. Bunlardan 552-si özəl fiziki və hüquqi şəxslərin, 437-si «Aqrolizinq»in kombaynıdır, 195 kombayn isə əlavə olaraq ehtiyatdadır.
V.Hüseynov bildirir ki, nazirliyin ehtiyatında ölkəyə satış üçün gətirilmiş kombaynlar da var və ehtiyac olarsa, onlar da biçin prosesinə cəlb ediləcək: «Satış məqsədilə gətirilən kombaynlar var, təzədirlər, amma ehğiyca olarsa onlar da işlərə cəlb ediləcək».
V.Hüseynov bildirir ki, kombaynlardan səmərəli istifadə olunması və bu sahəyə nəzarəti gücləndirmək üçün yeni qaydalar da tətbiq edilib. Məsələn yeniliyə görə, kombaynı götürən şəxs ilk növbədə öz rayonnvda biçin aparmalıdır: Əvvəllər kombaynı icarəyə götürüb istədikləri yerdə biçin apara bilərdilər, indi isə şərt qoymuşuq ki, kombayn hansı rayondan götürülübsə, ilk növbədə həmin rayonun biçini başa çatmalıdır, sonra başqa rayona keçə bilər».