İstixana (parnik)torpaqdan əkin üçün bütün ili istifadə etməyə imkan verən texnologiyadır. Son dövrlər istixanalar çox dəb olmağa başlayıb. Qeyd edək ki, istixana biznesi ilə kiçik, orta və böyük ölçülərdə məşğul olurlar. 20-30 m²-də tikən də var, 600 ha-da böyük kompleks quran da. Başlamaq üçün 50 m² ölçülü istixana məsləhətdir. Beləcə təcrübə yığıb, bazar əldə edərək yavaş-yavaş 100 m²-lik əlavə istixanalar tikərək işi böyütmək olar.
İstixana biznesi düzgün yanaşma olduğu zaman çox sərfəlidir
İstixanalarda tərəvəz, göyərti, gül hətta banan yetişdirilir. Hər biri üçün fərqli qiymətə, fərqli modellərdə istixana tikmək olur və təbii ki, buna görə də məhsuldarlıq, dolayısı ilə gəlir də fərqli olur.
Hansı növ istixana biznesi sərfəlidir?
İstixanalar qızdırılma, forma, ölçü və materiala görə bir-neçə kateqoriyaya bölünür. İlk öncə örtükləri iki yerə bölürlər:
ilboyu qızdırılan konstruksiyalar;
isidilməyən sezonluq parniklər.
Sezonluq örtüklər adətən metal vəya plastik karkas üzərinə dartılan sıx plastik plyonka ilə hazırlanır. Bu cür istixanaları çox rahatlıqla söküb başqa yerə daşımaq mümkündür. Qışda örtüyü yığışdırırlar ki qar zədələməsin. Amma Azərbaycanda da o qədər qar olmur. Birdəfəlik istixanalar daha sağlam hazırlanır. Möhkəm fundament üzərində qurulur.
Örtük materialı adətən 3 cür olur:
Polietilen plyonka
Sənaye şüşəsi
Polikarbonat
Plyonka ucuzdur, amma istiliyi yaxşı saxlamır, günəş işığını zəif keçirir. Quraşdırmaq asandır, tez xarab olur (2-3 il). Şüşə biraz bahadır, elastik deyil. İşığı yaxşı buraxır, amma bitkilərdə yanıq əmələ gətirə bilir.
Bunlardan ən yaxşısı polikarbonatdır. Çox bahadır, amma ömürlükdür. Elastikdir, yəni istədiyiniz formada karkas yığa bilərsiniz. İşığı yaxşı ötürür, yanıq əmələ gətirmir. İstini yaxşı saxlayır.
stixanada bitkilər yaxşı inkişaf etsin deyə mərkəzi isitmə sistemi qurulur. Ən yaxşısı bir-neçə sistemi özündə birləşdirməkdir. Qaz kəsintisi kimi riskləri sığortalamaq üçün. Hər cürvasitə ilə istixana qızdırıla bilər, qaz, elektrik, günəş paneli, mazut, peç və sair. İstixanada həmçinin damcı sistemi, lyümina lampa, havalanadırma üçün nəfəsliklər və sair. Kiçik ölçülü istixana belə əlavələrə görə baha başa gəlir. Ona görə istixana biznesi sərfəli olsun deyə böyük ölçülərdə görülür.
Nə əkməli?!
İstixana biznesi və texnologiyaları o qədər inkişaf edib ki, indi orda banan, alma da əkirlər. Amma sırf ticarət nöqteyinəzərdən ən sərfəli əkinlər fərləndirilir. Hansı bitki ən çox gəlir gətirir və bu zaman daha az riskli və əziyyətlidir? Yəni hansı növ əkin ən sərfəlidiri?
Ən sərfəli istixana biznesi gülçülük, ikinci yerdə göyərti, üçüncü yerdə isə tərəvəz əkinidir.
Gülçülükdə lider qızılgüldür. Həm məhsuldardır, həm də il boyu tələbat çox olur, xüsusən bayramlarda. Xrizantema da ekzotik olduğu üçün populyardır. Tülpan kimi sezonluq gülləri böyük istixanalarda əkmək sərf edir.
Göyərti istixanasında isə ən çox əkilən yaşıl soğan, gül kələm, şüyüd, cəfəri, reyhan, turp və sairdir. Son vaxtlar göyərtini hidroponikada əkmək də çox geniş yayılır. Üstünlüyü ucuz, tez və təmiz əmələ gəlməsidir. Amma hidroponikada yetişdirilən göyərti dadlı olmur.
Tərəvəz istixanalarında isə ilk yeri pomidor və xiyar tutur. Azərbaycan ixrac elədiyi aqroməhsullar arasında pomidor ikincidir. Kələm, bibər, badımcan yetişdirmək də sərfəlidir. Qışda bibərin 1 kq-ı 3-4 Azn olmuşdu. İllik istixanalarda malina və çiyələk yetişdirmək maraqlı işdir. Amma bunun üçün yaxşı satış kanallarınız olmalıdır.
Dövrü (sezon) istixana biznesi
Tərəvəz və giləmeyvə fəslini uzatmaq üçün yüngül konstruksiyalı dövrü istixana istifadə edilir. Belə istixanalar yazın əvvəlindən payızın sonuna kimi işlədilir. Bu cür istixanalarda badımcan, bibər və xiyar əkilir.
İstixana biznesində ən əsas məsələ bərəkətli torpaqdır. Torpağın üst qatı hər il yenilənir. Böyük komplekslərdə isə 3-4 aydan bir dəyişməkdə fayda var.
İstixana biznesi ilə daha ətrafı və detallı rəqəmlərlə tanış olmaq istəyirsinizsə bu biznes planı (http://www.agroexpert.az/biznes-plan-goyerti/) əldə edə bilərsiz.
Sonda qeyd edək ki istixana biznesi sərfəlidir, həm də çox. Yetər ki, düzgün yanaşma olsun. İstixana tikmək baha başa gələ bilər. İndi normal istixana tikmək istəsəniz bazarda 1 m²- nə 20$-dan 80$-a kimi qiymət təklif edilir.
Amma bu xərcə dəyər, çünki ilk ildəcə qoyulan xərcləri çıxaracaqsınız. Çalışın başda istixananınızı daha keyyyətli qurasınız ki, hər il əlavə xərclərdən qurtulasınız.
Mənbə
İstixana biznesi sərfəlidirmi?
15:55
19 Noy 2018