İşğaldan azad edilmiş ərazilər aqrar sektorun inkişafı baxımından çox yaxşı potensiala malikldir və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.
Eləcə də bax: Hindistan Azərbaycana buğda idxalında Rusiya və Ukraynanı - Əvəz Etmək İstəyir
FED.az xəbə verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
O bildirib ki, həmin ərazilər tarixən böyük taxılçılıq, pambıqçılıq, heyvandarlıq, tütünçülük, üzçümçülük məhsulları istehsal etməkdə öndə olublar.
“İstehsal olunan məhsullar istər məhsuldarlığına, istərsə də keyfiyyətinə görə daim fərqlənib. İşğaldan azad edilmiş ərazilərin bir qismi minalardan təmizlənib və təhlükəli olmayan ərazilər əkinə hazırlanmaqdadır. Aran ərazilərdə, yəni Ağdam və Füzuli rayonlarında pambıq, üzüm, şəkər çuğunduru, qarğıdalı yetişdirmək çox faydalıdır və həmin torpaqlar çox məhsuldardır.
Dağlıq ərazilər, yəni Kəlbəcər, Laçın və Qubadlı tarixən heyvandarlıq zonaları hesab olunublar. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə balıqçılığın inkişafı üçün lazım olan şərait var. Digər tərəfdən, həmin ərazilərdə tərəvəz və bostan məhsullarının yetişdirilməsi, yem əkinlərinin genişləndirilməsi tələbata uyğundur”, - deyə T.Rzayev qeyd edib.
T.Rzayev əlavə edib ki, bu gün ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir. “İşğaldan azad edilmiş ərazilərdə taxılçılığın inkişafı gündəmdə olacaq və bunun üçün də həmin ərazilərdə mövcud vəziyyət qənaətbəxşdir. O torpaqlarda şəkər çuğunduru əkilə və yüksək məhsuldarlıq götürülə bilər”, - deyə komitə sədri əlavə edib. (Trend)