Rusiya Ukrayna müharibəsi özünü ən gözlənilməz sahələrdə göstərir. Belə ki, 2023-cü ildə Britaniyada meyvə və tərəvəz yığılması üçün cəlb olunmuş mövsümi işçilərin təqribən 25%-i Mərkəzi Asiyadan gələnlər olub və onların sayının daha da artacağı gözlənilir.
FED.az xəbər verir ki, əvvəllər bu işdə çalışanların əksəriyyəti Rusiya vətəndaşları idi, sadəcə Rusiya Ukraynaya hücum etdikdən sonra Rusiya vətəndaşlarının bu prosesdə iştirakına qadağa qoyulub. Nəticədə işçilərin əksəriyəti Qırğızıstan, Tacikistan və Qazaxıstandan yığılır.
Qırğızıstanda belə işçilər vatsap qruplarla yığılır, qrupun admini Çınqız Maksıtov deyir ki, onlar Britaniyadakı fermalarda məhsul yığımı üçün işçi toplayırlar. Məsələn o London yaxınlığındakı Kent qraflığında meyüvə tərəvəz toplayanlardan biri olub: «İş çox ağırdı, belim indiyədək ağrayır amma əgər bui ş üçün Rusiyada ayda 60-70 min rubl (təxminən 1000 dollar) qazanırdımsa, İngiltərədə bu məbləğ 2 dəfə artıdır (məzənnənin dəyiməsini nəzərə alanda təqribən 1500-1600 dollar).
Britaniyada bu barədə yayılan hesabatda deyilir ki, 2019-cu ilə qədər İngiltərədə bui şlə məşğul olanların əksəriyyəti Şərqi Avropalılar idi: Bolqarıstan, Rumıniya, Polşa və sair. 2019-cu ildə Britaniya Avropa Birliyindən çıxdıqdan və 2022-ci ildə isə müharibə başlayandan sonra vəziyyət dəyişib.
İngiltərəvə Uels fermerlərinin assosiasiyasının məlumatına görə, hər il Britaniyada 4 milyard funtluq meyvə, tərəvəz və güllər yığılır. Bu ölkənin tələbatının 15-50%-ni təşkil edir. Ümumilikdə aqrra sahədə 471 min nəfər çalışır, amma onlardan 58 min nəfəri mövsümi işlərdə, meyvə yığmaq üçün işləyir.
2020-ci ildən etibarən buraya işləməyə gələnlər Ukrayna, Rusiya və Belarus vətəndaşlarıidi. Müharibədən sonra vaəziyyət dəyişib, məsələn Ukraynada hərbği çağırış yavşında olan kişilərin ölkədən çıxışına sadəcə qadağa qoyulub.
Nəticədə indi Britaniya şirkətləri mövsümi iş üçün işçiləri Orta Asiyadan Tacikistan, Qırğızıstan və Özbəkistandan toplayırlar. Burada toplanan qruplar Britaniya fermalarında meyvə tərəvəz yığmaqla məşğuldurlar. Onların viza və yaşayış yeri məsələsini də ayrı-ayrı şirkətlər həlli edir – bütün bunlar böyük biznesdir. Meyvə tərəvəz yığan işçilər 4-6 nəfərlik vaqonlarda və kənd evlərində yaşayırlar, burada vanna və duş da var. İşçilərə möhkəm ayaqqabı, əlcək, geyim verirlər.
İşçilər şikayətlənirlər ki, bəzən əmək haqqı məsələsində onları aldadırlar, məsələn saatına 10 funt (13 dollar) təklif etsələr də, reallıqda maaş daha az olur. Bunun səbəbkarları adətən briqadirlər olur, hansı ki, qiyməti aşağı salmaqla özlərinə çatan pulu artırmağa çalışırlar. Briqadirlər adətən polyaklar, rumınlar və bolqarlar olur.
Britaniyalı ekspert və əmək hüququ üzrə mütəxəssis Maykl Nyuman bildirir ki, öz vəziyyətindən narazı olan işçilər hökumətə müraciət edib şikayət edə bilərlər. Xarici işçilərin hüquqları da qorunur. Amma onlara verilən vizanın şərtləri işi dəyişməyə imkan vermir.
Məsələn Özbəkistan sakinlərindən biri deyir kİ, o briqadirlə savaşandan sonra fermadakı işini tərk edib, işini dəyişib əvvəl Şotlandiyada tikintidə çalışıb, sonra isə Londonda işləyib. Ekspertlər bildirir ki, Britaniyalı fermerlər Orda Asiyadan olan işçilərin qüvvəsindən hələ çox istifadə edəcəklər, məhsul yığımı üçün adam lazımdır və texnologiyanın adamları əvəz etməsinə hələ çox var.
İstənilən halda bu əvvəlki kimi, Rusiyada işləməkdən daha yaxşıdır, çünki bəzi hallarda Rusiyaya işləməyə gələnlərin zorla müharibəyə göndərilməsi halları da olub.
2022-ci ildə Rusiyada 1,2 milyon tacik, 1 milyon özbək və 400 min Qırğızıstan vətəndaşı işləyib. İndi onların sayı bir qədər azalıb, ümumiyyətlə mövsümi işlərdə bir dəfə Avropada olan işçilər gələcəkdə də ən çox buraya qayıtmaq istəyirlər.