FED.az “Azərbaycan Sənaye Sığorta” şirkətinin Sığorta Hadisələrinin Araşdırılması Departamentinin direktoru Fuad Nəbiyevlə olan müsahibəni təqdim edir:
Fuad bəy, “Azərbaycan Sənaye Sığorta”da kənd təsərrüfatı sığortası üzrə fəaliyyəti nədən ibarətdir?
“Azərbaycan Sənaye Sığorta” ASC Azərbaycan Respublika ərazisində kənd təsarrüfatı üzrə bir çox sahələri sığortalayır. Bu il məsələn, 21 rayonda yerləşən kənd təsərrüfatı sahaləri sığortalamışıq. Söhbət Tovuz, Şəmkir,Samux, Göygöl, Goranbay, Evlax, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Beyləqan, İmişli, Saatlı, Biləsuvar, Cəlilabad, Zərdab, Ağsu, Kürdəmir və Qəbələdi əkin sahələrindən gedir. Onu da qeyd edim ki, “Azərbaycan Sənaye Sığorta” "Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası" üzrə 2017-ci il üçün bazar payı sığorta haqları üzrə 80 %, sığorta ödənişləri üzrə isə 93% təşkil edib.
Əsasən hansı kənd təsərrüfatı bitkilərini sığortalayırsız?
“Azərbaycan Sənaye Sığorta”da sığortalanan kənd təsərrüfatı bitkiləri müxtəlif ola bilər. Hazırda əsasən şəkər çuğunduru sahalərin sığortalanmasına üstünlük veririk. Bildiyiniz kimi, şəkər çuğunduru qida məsullarının demək olar hamısında istifadə olunur və bu səbəbdən ona tələbat yüksəkdir. Sığortaladığımız şəkər çuğunduru bitkilərinin toxumları öz keyfiyyəti ilə seçilir. Məsələn, toxumların soyuq şaxtalı havalara dözümlüyü, təbii məhv olma və korlanma əlamətlərinə malik olmaması, bitki artıq yetişmiş vəziyyətə çatması dövründə şəkərin tam özündə toplanması, yapaqların fotosintez zamanı tez inkişafa malik olması və s. Toxumların müsbət xüsusiyyətlərinə baxmayaraq müəyyən risklər var ki, bitkinin bu risklərdən qorunmasında fermerlər, aqronomlar və biz sığortaçılar çətinlik çəkirik. Söhbət təbiət hadisələrinin əkin sahələrinə vurduğu ziyandan gedir. Bu risklərə dolu, şaxta, leysan, sel və yanğın hadisələri daxildir.
Əkin sahələrinin sığortalanma prosesi necə aparılır?
Bitkiləri sığortalamamışdan əvvəl tərəfimizdən sahalərə baxış keçirilir. Baxış zamanı yerli ekspertlərlə yanaşı, xarici ekspertlər cəlb edilir. Sahə üzrə səlahiyyətli aqronomlarla görüşlər keçirilir. Ərazilərin (relyef, lanşaft, torpağın xususiyyətləri) xüsusiyyətləri barədə məlumatlar toplanılır.Torpaq sahələrində suvarma sistemləri yoxlanılır. Aqrotexniki tədbirlərin hazır olunması yoxlanılır. Buna kipləşmiş şumaltı qatın yumuşaldılması, monoammonium fosfat-kalium şumaltı kübrə səpini, şum, (28-32 sm), rotasion mala (səpin qabağı torpağın hazırlanması), torpaq səthinin hamarlanması (ütüləmə) ziq-zaq mala, toxum səpini (50 sm x 7 sm), mərğiz ( suvarma üçün arxaçma), kətmənləmə və seyretmə (kor-çapa) daxildir. Bundan əlavə, sahədə cərgələr görünən kimi başlamalı, kultivasiya və vegetasiya inkişafına üçün cərgəarasının gübrələnməli, alaq otlarına, xəstəlik və ziyanvericilərə qarşı kimyəvi mübarizə aparılmalıdır. O cümlədən məhsul yığımına nəzarət edilməlidir.
Sığorta ödənişlərinin verilməsi necə tənzimlənir?
Sığorta hadisəsi baş verdikdə tərəfimizdən dərhal hadisə yerinə (sahalərə) çıxış edilir. Yerli və xarici ekspertlərin iştirakı ilə hadisə yerinin şəkilləri, videoları çəkilir, fermerlərdən hadisə dair suallar verilir və təfərrüatı ilə məlumat alınır. Adətən bitki sahələri qismən zərər aldıqda onların becərmə prosesləri davam etdirilir və bu prosesə tərəfimizdən nəzarət edilir. Sahələrə aid sənədlər yoxlanılır (mülkiyyət sənədləri, zərər dəyən sahələrin sığortalı olub-olmaması, texnoloji xəritələr, əkin sahələrin sxemi xəritəsi, hər əkin sahəsi üzrə xərclənən toxumların dəyəri, toxumların keyfiyyət üzrə sertifikatları).Yekunda yığıma dair maliyyə sənədləri toplanılır. Hadisədən sonra toplanan materialların təqibi, hadisə faktını araşdırmaq məqsədi ilə müvafiq səlahiyyətli dövlət orqanlarına (Ekologiya nazirliyi, FHN, ekspertlərlə iş bilriyi - məs: həqiqətən sahələrdə şaxta nəticəsində və ya sel, leysan, yanğın, nəticəsində sığorta hadislərənin baş verməsi) sorğular göndərilir.
Bəs əkin sahəsinə dəyən ziyan necə hesablanır?
Toplanan sənədlər nəticəsində müqavilə şərtlərinə uyğun olaraq zərər cədvəlləri tərtib edilir. Məsələn, müqavilə üzrə planlaşdırılan məhsuldarlığın 15%-dən az məhsul əldə olunarsa bu hal tam zərər kimi nəzərə alınır. Digər halda qismən zərər alan sahələr üzrə məhsuldarlıq hesablanır və zərər üzrə sığorta ödənişi müəyyən edilir.
Eləcə də bax: Nazir kombayn çatışmazlığının səbəbini açıqlayıb