Əmtəə bazarlarında həm bu ilin ilk rübündə, həm də mart ayında ən çox qazandıran məhsul kakao olub.
İlin ilk rübündə 18 məhsulun yarısı qazandırıb, yarısı isə uduzdurub. Mart ayında isə 13 məhsul uduzdurub, 5-i qazandırıb. Qlobal miqyasda ticarət müharibələri və ABŞ Prezidenti Donald Trumpın siyasətlərinə görə, əmtəə bazarlarında dalğalı vəziyyət müşahidə olunub.
FED.az xəbər verir ki, kakao, bu ilin ilk rübündə 35,3%, mart ayında da 15,4% bahalaşaraq əmtəə bazarında həmin dövrlərdə investoruna ən çox qazandıran investisiya vasitəsi olub.
Hava temperaturunun mövsüm normalarından yüsək və yağışların az olması kakao qiymətlərində artıma səbəb olub.
İlin ilk rübündə qarğıdalı 10,5%, soya lobyası 9,7%, nikel 5,9%, buğda 5,6%, Brent nefti 4%, pambıq 3,7%, qızıl 1,7%, platin 0,3% bahalaşıb.
2018-ci ilin ilk rübündə əmtəə bazarında ən çox ucuzlaşmış məhsul isə 18,6%-lə şəkər olub. Braziliya və Hindistanda şəkər istehsalının artacağına dair proqnozlar şəkər qiymətlərinin düşməsinə səbəb olub.
Şəkərdən sonra ən çox ucuzlaşmış ikinci əmtəə isə 11,8 ilə alüminium olub. ABŞ Prezidenti Donald Trampın polad və alüminium əlavə vergi qərarını imzalaması alüminiumu ucuzlaşdırıb. Şəkər və alüminiumun adınca 10,2% ilə palladium, 7,4% ilə qaz, 7,2% ilə mis, 6,3% ilə qəhvə, 3,4% ilə gümüş, 3,1% ilə qurğuşun, 0,6% ilə sink gəib.
Kakao, mart ayında da əmtəə bazarında 15,4% artımla investoruna ən çox qazandıran məhsul olub. Həmin dövrdə Brent nefti 7,2%, qaz 2,4%, qarğıdalı 1,5% və qızıl 0,5% bahalaşıb.
Buğda, mart ayında 8,8% ucuzlaşma qeyd edib və əmtəə bazarında həmin dövrdə investoruna ən çox ziyan vuran məhsul olub.
Buğdanın ardınca 8,5% ilə palladium, 7,9% ilə alüminium, 7,8% ilə şəkər, 5,7% ilə sink, 5,1% ilə platin, 4,2% ilə qurğuşun, 4% ilə nikel, 3,3% ilə mis, 3,1% ilə qəhvə, 1,6% ilə pambıq, 1% ilə soya lobyası və 0,1% ilə gümüş gəlib.
Qərbi Afrika dünyanın ən böyük kakao istehsalçısı mövqeyindədir. Fil Dişi Sahili və Qana dünya kakao istehsalının 60%-ni həyata keçirir.
Yağışların az yağması səbəbindən kakao keyfiyyətində əhəmiyyətli azalma müşahidə olunur. Kakao keyfiyyətində baş verən azalma səbəbindən, kakao sifarişlərinin 70%-i ləğv edilib. Bu nisbətdə sifariş ləğvi bazarlarda kakao qiymətinin sürətli yüksəlişinə səbəb olub.
Yalnız Qərbi Afrikada deyil, alternativ olaraq görülən kakao istehsalçısı İndoneziyada da problemlər mövcuddur. Afrikada istilər və az yağıntı səbəbindən kakao keyfiyyəti düşərkən, alternativ olaraq görülən İndoneziyada şumlanmış sahələrin azalması qiymətlərin yüksəlməsinə səbəb olur.
Kakao - şokolad, kosmetika və əczaçılıq sənayelərində istifadə olunur.
Dünya Birjalarında ticarət olunan müxtəlif əmtəələrin 2017-ci ilin sonu, 2018-in ilk rüb yekunu qiymətləri və təmin etdikləri gəlir/zərər:
|
Əmtəənin adı |
29 Dekabr 2017 (dollar) |
28 Fevral 2018 (dollar) |
30 Mart 2018 (dollar) |
İlk rüb fərqi (%-lə) |
Mart ayı Fərqi (%-lə) |
1 |
Kakao |
1.892,00 |
2.218,00 |
2.560,00 |
35,3 |
15,4 |
2 |
Qarğıdalı |
350,75 |
382,00 |
387,75 |
10,5 |
1,5 |
3 |
Soya lobyası |
951,75 |
1.055,50 |
1.044,75 |
9,7 |
-1 |
4 |
Nikel |
5,6752 |
6,2691 |
6,0135 |
5,9 |
-4 |
5 |
Buğda |
427,00 |
495,00 |
451,00 |
5,6 |
-8,8 |
6 |
Brent nefti |
66,60 |
64,62 |
69,33 |
4 |
7,2 |
7 |
Pambıq |
78,63 |
82,93 |
81,60 |
3,7 |
-1,6 |
8 |
Qızıl |
1.303,09 |
1.317,65 |
1.325,45 |
1,7 |
0,5 |
9 |
Platin |
929,12 |
982,40 |
932,19 |
0,3 |
-5,1 |
10 |
Sink |
1,5035 |
1,5851 |
1,4932 |
-0,6 |
-5,7 |
11 |
Qurğuşun |
1,1237 |
1,1365 |
1,0881 |
-3,1 |
-4,2 |
12 |
Gümüş |
16,950 |
16,394 |
16,369 |
-3,4 |
-0,1 |
13 |
Qəhvə |
126,20 |
122,00 |
118,20 |
-6,3 |
-3,1 |
14 |
Mis |
3,2620 |
3,1307 |
3,0246 |
-7,2 |
-3,3 |
15 |
Qaz |
2,953 |
2,667 |
2,733 |
-7,4 |
2,4 |
16 |
Palladium |
1.062,92 |
1.044,21 |
954,50 |
-10,2 |
-8,5 |
17 |
Alüminium |
1,0212 |
0,9780 |
0,9004 |
-11,8 |
-7,9 |
18 |
Şəkər |
15,16 |
13,38 |
12,33 |
-18,6 |
-7,8 |