- 71% -i təqribən 7 milyon hektarı Avropa qitəsinə düşür,
- 1447 min hektarı Asiyanın,
- 942 min hektarı Amerikanın,
- 444 min hektarı Afrikanın,
- 72 min hektarı Avstraliyanın payına düşür.
Üzüm bitkisi Yer kürəsinin müxtəlif iqlim zonalarında isti və quraq, eləcə də nisbətən soyuq zonalarda bitir. Şimal yarımkürəsində üzüm bitkisi 50°ş.en dairəsində 390 və cənub en dairəsində yerləşir (Yeni Zelandiya və Çili). Üzüm məhsullarının istifadə istiqamətini əsasən iqlim şəraiti müəyyən edir. Üzüm üçün ən əlverişli iqlim zonaları Aralıq dənizi və Xəzər dənizi sahilləri, Kaliforniya və cənubi Afrika hesab edilir. Şimal qütbünə və cənubqütbünə yaxınlaşdıqca şərabın keyyəti azalır. Üzüm bitkisinin şimal sərhəddinin müəyyənləşdirilməsi üçün şaxtasız günlərin miqdarı 180 gündən az olmamalıdır. Belə yerlərdə orta sutkalıq temperaturlarınyekunu 2800 dərəcəyə çatmalıdır. Bir qayda olaraq Avropa üzümləri-15° C-ə qədər şaxtalara dözür. Çox soyuq zonalarda üzüm kolları qışda torpağa basdırılır.
Eləcə də bax: Gül biznesindən milyonlar qazanırlar - AZƏRBAYCANA DA GÖNDƏRİLİR
Ekvatora yaxınlaşdıqca istilik optimum həddini aşır. Səhra şəraitində isə yalnız suni suvarma aparılan yerlərdə üzüm bitkisi çox istidən və quru küləklərdən ziyan çəkir.Yağıntı ilə zəngin subtropiklərdə üzüm bitkisi qış istirahətini keçirmir. Belə yerlərdə yüksək dağlıqları üzüm bitkisi üçün əlverişli hesab edilir. Tropik iqlim şəraitində üzüm bitkisi bütöv il boyu böyüməkdə davam edir. Bir kolda həm yeni mayalanmış yumurtalıqlar, həm də böyümənin bütün mərhələlərində salxımlar tapmaq mümkündür. Xüsusi kəsmə tədbiq edərək üzüm bitkisindən Hindistanda 2, İndoneziyada 3 məhsul almaq mümkündür. Ancaq tropiq iqlimdə üzüm şirəsində ekstratiiv maddələr və turşuluq az olduğundan şərab üçün yaramır.
Dünyada üzümçülük sahələri
- İspaniya üzümlüklərin sahəsinə görə dünyada birinci yerdədir 1,7 milyon ha,
- İtalyada 1,3 milyon hektar,
- Fransada 1,1 milyon hektar üzümlük vardır.
- Üzümlüklərin sahəsinə görə Türkiyə dördüncü yerdədir (800 min ha).
- Üzümlüklərin sahəsi 300 min ha və ondan çox ölkələrə aşağıdakılar daxildir: 1. Rumıniya -390 min ha 2. Argentina -356 min ha 3. Portuqaliya -320 min ha4. ABŞ -342 min ha
Üzümçülük və üzüm istehsalı
Dünyada illik üzüm istehsalı 57-62 milyon tondur. Bundan Avropa qitəsinə 40 milyon tona yaxın, Amerika qitəsinə 9,2 milyon ton, Asiya qitəsinə 6,4 milyon ton düşür. Dünyada ən böyük şərab istehsalçısı İtaliya ( ildə 70-80 milyon h) və Fransadır (ildə 70-85 milyon h) onun dalınca Argentina gəlir (27 milyon h). Dünyada illik istehsal olunan şərabın (341milyon h ) 80 % -i (270 milyon h) Avropanın payına düşür. Süfrə üzümü istehsalının 67%-i Avropanın (9,6 milyon ton) , 1 milyon tonu Asiyanın, 1,5 milyon tonu Amerikanın, 0,3 milyon tonu Afrikanın üzərinə düşür. Ən çox süfrə üzümü istehsal edən ölkələr İtalia, İspaniya, Türkiyə, ABŞ və Bolqarıstandır.
Hər il dünya bazarına təzə üzüm eksport edən İtalia ( 336 -337 min ton), Bolqarıstan (100-130 min ton), İspaniyadır (90 -140 min ton ). Üzüm istehsalında kişmiş və moüz xüsusi çəkiyə malikdir. Ən çox kişmiş və moüz istehsalçıları Yunanıstan və ABŞ –dır (1ildə 100-110 min ton). Bundan sonra Türkiyə -70 min ton, İran, Avstraliya, Suriya və başqa ölkələrdir. Üzüm istehsalında (http://www.agroexpert.az/uzum-ekenleretovsiyyeler/) hektardan orta məhsuldarlıq ən çox ABŞ-da (153 s / ha) və Avstraliyadır ( 100 s / ha ).
Üzüm məhsuldarlığının illər üzrə dəyişməsi müəyyən dərəcədə ekoloji amillərdən asılıdır. Söz yox ki ,iqlim şəraitinin də bu işdə əhəmiyyəti az deyildir. Ekoloji şərait uyğun olaraq üzümün becərilmə üsullarının seçilməsi, yüksək məhsuldar sortların seçilməsi, üzümlükdə seyrəkliyə qarşı mübarizə üsullarının təkmilləşdirilməsi və üzüm bitkisinin istismar müddətinə və onun məhsuldarlığının artırılmasına təsir edən əsas amildir. Bu məsələlərin müvəffəqiyyətli həlli üçün elmi – texniki tərəqqinin son naliyyətlərinə əsaslanan intensiv amillər ön plana keçirilməlidir.
Mənbə