Koronavirusun təsiri ilə dünyada düyünün qiyməti sürətlə artmaqdadır.
FED.az xəbər verir ki, ümumiyyətlə virus və onun gətiriyi məhdudiyyətlər, eləcə də ölkələr arasında əlaqələrin zəifləməsi bəzi ərzaq mallarına tələbatı kəskin artırıb. Bəzi hallarda tələbatın artımı sadəcə panika səbəbindən başa verib.
Eləcə də bax: “Azərbaycanda ərzaq qıtlığı üçün heç bir səbəb yoxdur” – MÜSAHİBƏ
dekabrda düyünün bir kiloqramı dünya bazarında 46 sentə bərabər olduğu halda ilin sonunda bu rəqəm 48 sentə, yanvarın sonnuda 50 sentə yüksəlib. Martın əvvəlində qiymətlər 47 sentə ensə də, sonradan sürətlə bahalaşaraq 54 sentə yüksəlib.
Tələbatı ödəmək üçün bəzi ölkələr əsas ərzaq mallarının ixracına məhdudiyyətlər qoyurlar. Məsələn, Rusiya, Qazaxıstan və Ukrayna taxılın ixracına müvəqqəti mədudiyyət tətbiq ediblər. Dünyanın əsas düyü istehsalçısı olan Vyetnam isə düyü ixracını azaldacağı, hətta dayandıra biləcəyi barədə xəbərdarlıq edib.
Bu vəziyyəti görən idxalçı ölkələr özlərinə ehtiyat toplamaq üçün qiyməti artırmaq bahasına olsa da, böyük həcmdə ərzaq almalı olurlar. Məsələn dünyanın ən böyük düyü idxalçısı olan Çin, qiyməti artırmaq yolu ilə olsa da böyük həcmdə düyü alır. Nəticədə Çikaqo mal-əmtəə birjasında düyünün qiyməti martın ortalarından sonunadək 15% artaraq bir ton üçün 500 dolları keçib.
Dünya bazarında bençmark sayılan Tailand düyüsünün (5%-lik) qiyməti isə 17% artaraq bir ton üçün 510 dollara yüksəlib. Ümumiyyətlə, son bir ildə düyünün qiymətində 24% artım var.
Maraqlıdır ki, hazırda düyü bazarında qıtlıq yoxdur, əksinə, təklif bolluğu var. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına görə, 2019-cu ildə dünyada düyü tədarükü 500 milyon tona çatıb ki, bu da rekord göstəricidir. Hazırda dünyada düyü ehtiyatları 180 milyon tondur, bu da rekord sayılır. 2019-2020-ci ilə mövsümündə isə dünyada 764,5 milyon ton düyünün tədarük edilməsi gözlənilir.
Sadəcə koronavirus və onun ətrafında yaranmış ajiltaj bəzi digər ərzaq mallarının olduğu kimi, düyünün də qiymətinin artmasına səbəb olub.