Dünyanın əsas banan istehsalçısı olan Ekvadorda məhsulun az olması və pandemiya nətiicəsində daşımalarda yaranan çətinliklər banan qıtlığı və bəzi ölkələrdə qiymətlərin artımına səbəb olub.
FED.az xəbər verir ki, Ekvadorda Sanqay vulkanının işə düşməsi də banan istehsalına təsir edib. Belə ki, vulkan bəzi banan plantasiyalarını zədələyib. Ekvadordan sonra əsas banan istehsalçıları sırasında Qvatemala, Kosta-Rika, Kolumbiya, Nikaraqua, Meksika və Filippin də var.
Nəticədə, dünya ölkələrində, o cümlədən Azəraycanda və qonşu Rusiyada banan bahalaşıb. Belə ki, 18 kiloqramlıq bir qutu bananın qiyməti 5 manat artıraraq 33 manatdan 38 manata yüksəlib. Nəticədə, pərakəndə satışda 1 kiloqram bananın satış qiyməti 2,20 manatdan 2,50 manata qalxıb.
Rusiyada isə bananın topdansatış qiyməti 60 rubldan 82 rubla yüksəlib. Xarici ticarət mütəxəssislərinin fikrincə vəziyyət aprel ayında düzələcək.
Bananın qiyməti həm də ona görə vacibdir ki, o mağazada qiymətlərin markerlərindən biri kimi çıxış edir, yəni alıcıların əksəriyyəti mağazadakı qiymələrin yüksək və ya aşağ olmasını burada bananın qiyməti ilə ölçürlər. Bundan başqa, banan mağazaya alıcıları cəlb edən əsas məhsullardan biridir.
Banan – bütün dünyada ən məşhur meyvələrdən biridir. Bu meyvə çox qidalıdır, tərkibində orqanizm üçün vaxib vitamin və elementlər var. Bananlar xüsusilə depressiya və yuxusuzluqda kömək edir.
Bir qədər əvvəl «Nature Climate Change» jurnalı xəbər vermişdi ki, iqlim dəyişikliklərinin dağıdıcı təsirləri, o cümlədən dünyada temperaturun yüksəlməsi artıq 205-ci ildə bananların yoxa çıxması ilə nəticəənə bilər.
Böyük Britaniyanın Ekseters universitetinin mütəxəssisləri banan istehsalında əsas oyunçular sayılan 27 ölkədə bananın məhsuldarlığını analiz ediblər. Nəticələr göstərib ki, qlobal istiləşmə bananın məhsuldarlığını artırıb. Amma temperaturun bundan sonra da artımı əks effektə səbəb ola bilər: məhsuldarlıq azala bilər və 2050-ci ildə isə bananlar sadəcə məhv ola bilər.