Hər bir kənd təsərrüfatı məhsulunun becərilməsi xüsusi yanaşma tələb etdiyi kimi, özünəməxsus da istehsal vasitələri – ilkin materiallarla yanaşı həm də maliyyə təminatınin olmasını da tələb edir. Bu baxımdan kənd təsərrüfatı istehsalçıları, təchizatçılar, emal və satışla məşğul olan müəssisələr təklif etdiklər məhsul üzrə biri – biriləri ilə müqavilə bağlayaraq əlaqələr qururlar. Müasir dövrdə belə əlaqələrin qurulması, özündə istehsal vasitələrinin təchizatçılarından tutmuş son məhsulun emalı və satışı ilə məşğul olan təsərrüfat və müəssisələri birləşdirən, dəyər zəncirinin yaranması anlamına gəlir. Qısaca desək, dəyər zənciri hər hansı məhsulun istehsalı, emalı və satışı ilə məşğul olan bütün iştirakçı təsərrüfat və müəssisələrdən ibarətdir. Əyani olaraq dəyər zəncirini aşağıdakı kimi, belə təsəvvür edə bilərik: Zəncirin ilk mərhələsində yerləşən təchizatçı növbəti iştirakçı olan istehsalçıya ilkin vasitələrdən toxum, gübrə, kimyəvi maddələr, texnika və digərlərini təmin edir, istehsalçı isə öz növbəsində kənd təsərrüfatı məhsulunu yetişdirir və növbəti iştirakçıya – emal müəssisəsinə satır, emal müəssisəsi isə məhsulu satış bazarının tələb etdiyi standartlara uyğun emal edir (məsələn, çiyələkdən mürəbə hazırlayır) və ticarət şirkətinə satır və ya birbaşa özü satışı həyata keçirir. Dəyər zəncirinin hər bir iştirakçısının son məhsulda – yaradılmış dəyərdə öz yeri və payı vardır, belə ki, dəyər zənciri iştirakçıları zəncirdə yerləşdiyi mərhələdən və çəkilən xərclərin nisbətindən asılı olaraq qazanılan gəlirdə də iştirak edirlər. Nümunə üçün, çiyələk məhsulunun dəyər zəncirinə baxaq – bir və ya bir neçə təchizatçı çiyələk şitillərini, gübrə və kimyəvi maddələri çiyələyi əkib becərən 30 istehsalçı fermerə satır, fermer də istehsal etdiyi çiyələyi soyuducu ambarda yerləşdirir və zəncirin son iştirakçısı olan emalçıya və ya satışa ötürür. Bununla da zəncirin bir dövr etməsi bitir və satışdan gələn maliyyə axını aralarında olan müqaviləyə uyğun olaraq zəncir iştirakçıları arasında paylaşdırılır. Dəyər zəncirinin belə modelləri Azərbaycanda da yaranmaqdadır, belə ki, kənd təsərrüfatında dəyər zəncirinin məhsuldarlığını, rəqabət qabiliyyətliliyini və səmərəliliyini, və sonda ixrac potensialını artırmaq ölkəmiz üçün prioritet məsələdir. Azərbaycan üzrə ÜDM və kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı barəsində 2019-cu ilin statistik məlumatlarına baxaq:
2019-cu il üzrə |
Məbləğ, mln AZN |
Məbləğ, mln ABŞ Dolları |
2018-ci ilə nisbətən artım, % |
ÜDM |
81 68.0 |
48 047.6 |
2.2% |
Kənd təsərrüfatı, istehsal |
7 836.7 |
4 609.8 |
7.2% |
Kənd təsərrüfatı, ixrac |
1 603.6 |
943.3 |
14.1% |
|
1 293.2 |
760.7 |
12.2% |
|
310.4 |
182.6 |
23.3% |
2019-cu il üzrə statistik məlumatları təhlil edərək belə qənaətə gəlmək olar ki, ÜDM-da kənd təsərrüfatı məhsullarının payı hələ də azdır və yaxın illərdə bunu ən azı 2 dəfə artıraraq 15 – 16 milyard manata çatdırmaq üçün imkanlar vardır. Eyni zamanda bizim üçün maraqlısı odur ki, ilk növbədə kənd təsərrüfatı məhsullarının ixracı artıq 1 milyard dollara çatır (ölkənin ümumu ixracı 19.6 mld ABŞ dollarıdır), və ikincisi isə kənd təsərüfatı məhsullarının ixracının strukturuna baxsaq dəyər zəncirlərinin nə dərəcədə inkişaf etməsi haqqında fikir yürüdə bilərik. Belə ki, cəmi 943.3 mld dollarlıq kənd təsərüfatı məhsullarının ixracının yalnız 182.6 mld dolları emal edilmiş kənd təsərrüfatı məhsullarının payına düşür və 760.7 mld dollarlıq kənd təsərrüfatı məhsulu isə ilkin məhsul formasında - əlavə dəyər qatılmamış halda ixrac edilir. Deməli ixrac edilmiş kənd təsərrüfatı məhsullarının cəmi 19.4%-i emal edilərək xarici bazarlara çıxarılır, qalan 80.6%-i isə ilkin formada, əlavə dəyər qatılmayaraq ixrac edilir. Bu həm də onu göstərir ki, 760.7 mld dollarlıq məhsul istehsalında dəyər zənciri yoxdur və ya tam deyil, çünki ixrac edilmiş bu məhsul emal edilməmişdir. Emal edilmiş və ya əlavə dəyər qatılmış məhsul ixracı, hesablamalara görə ölkəyə ən azı 30 – 50% əlavə valyutanın gəlməsi deməkdir və büdcəyə əlavə vergi ödənişlərinin gəlməsi deməkdir. Ona görə də, bu statistik məlumatlara əsaslanaraq deyə bilərik ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində dəyər zəncirlərinin yaradılması, maliyyələşdirilməsi və inkişaf etdirilməsi, xüsusən də emal mərhələsinin inkişafı istiqamətində çox işlər görülməlidir. Kənd təsərrüfatının banklar və digər kredit təşkilatları tərəfindən maliyyələşdirilməsinin vacibliyi haqqında biz əvvəlki məqaləmizdə danışmışdıq, və dəyər zəncirlərinin də maliyyələşdirilməsini burada yeni bir yanaşma kimi qeyd etmişdik. Belə ki, dəyər zəncirinin maliyyələşməsi bankların və digər kredit təşkilatlarının kənd təsərrüfatını maliyyələşdirərkən, nisbətən riskli sahə olduğuna görə, adətən irəli sürdükləri sərt girov və digər tələblər burada yüngülləşir. Banklar və digər kredit təşkilatları da öz kredit protfellərini və müştərilərin sayını artırmaq üçün yeni imkan əldə edəcəklər. Dəyər zəncirinin bir üzvünə kredit verərkən tam zəncir təhil edildiyindən həmin zəncirin bütün üzvlərini yeni müştərilər kimi cəlb etmək olacaqdır.
Dəyər zəncirinin maliyyələşməsi anlayışı, maliyyə resurslarının xaricdən dəyər zəncirinə və zəncir daxilində iştirakçılar arsanda axını kimi başa düşülür. Dəyər zəncirləri iki formada maliyyələşdirilə bilir, daxili və xarici maliyyələşmə:
- Daxili maliyyələşmə dəyər zəncirinin daxilində baş veririr və zəncirin hər hansı üzvü tərəfindən aparılır – məsələn, ilkin istehsal vasitələrinin təchizatçıları fermerlərə toxum, gübrə və kimyəvi madddələri nisyə satış etdikdə, emal şirkəti zəncirin aparıcı iştirakçısı kimi digər üzvlərə avanslar verdikdə və s.
- Xarici maliyyələşmə dəyər zəncirinə kənardan edilən maliyyələşmədir – məsələn bank və ya digər kredit təşkilatı fermerə satış müqaviləsi əsasında və ya etibarlı anbarın qəbzi əsasında kredit verdikdə. Dəyər zəncirinin hər bir iştirakçısı ayrı – ayrılıqda kənardan maliyyələşmə ala bilər.
Həmçinin hər iki formanın sintezi kimi, dəyər zəncirində aparıcı olan emal şirkəti xarici maliyyələşmə alaraq zəncir daxilində digər iştirakçılara da paylaşdıra bilər.
Dəyər zənciri maliyyələşməsi, ənənəvi maliyyələşmədən fərqli olaraq, daxiledici və tam əhatəli yanaşmadır ki, burada əsas məqsəd davamlı inkişaf hədəflərinə nail olmaqdır. Dəyər zənciri maliyyələşməsi, bütünlüklə zənciri və iştirakçıları arasında olan əlaqələri tam bir sistem olaraq təhlil edir. Maliyyə təşkilatlarının yuxarıda qeyd etdyimiz çiyələk dəyər zəncirinin üzvlərini necə və hansı məhsullardan istifadə edərək maliyyələşdirə bilməsinə baxaq - təchizatçı ilkin vasitələri daha çox idxal etdiyi üçün, ona zəmanət, akkreditiv və kredit xətti təklif edə bilər, çiyələk istehsal edən fermerlər üçün isə dövriyyə vəsaiti kimi kredit kartı və fərdi kredit təklif edə bilər, və yaxud emalçı və satışa dövriyyə vəsaiti kimi kredit xətti, əsas vəsaitlərin alınmasına uzun müddətli kreditlər təklif edə bilərlər. Digər bir maliyyələşmə üsulu kimi, maliyyə təşkilatı krediti zəncirinin əsas üzvünə - emalçıya və ya satışa krediti verir və onlar da öz növbələrində zəncirin digər üzvlərinə daxili maliyyələşməni həyata keçirirlər. Belə bütöv sistemli yanaşma, maliyyə təşkilatlarına imkan verir ki, bir neçə alətləri birləşdirən maliyyələşdirmə modelini tətbiq etsinlər. Həmçinin, kredit təşkilatı riskləri araşdırmaq və zəncirin rəqabətliyini təhlil etmək vasitəsiylə dəyər zənciri iştirakçılarının həm fərdi olaraq, həm də qrup halında krediti ödəmə qabiliyyətlərini daha yaxşı qiymətləndirə bilir. Təhlilin ümumi nəticəsindən və risklərin aşağı səviyyədə olmasından asılı olaraq dəyər zənciri iştirakçılarına verilən kreditlərin faiz dərəcəsi də aşağı düşür. Hazırda, Azərbaycanda, bankların xarici valyutada izafi likvidliyi qeydə alınır və nəzərə alsaq ki, dəyər zəncirlərinin əksəriyyəti ixrac yönümlü məhsullar istehsal edirlər və xarici valyutada satış edirlər, onda bu müştərilərin maliyyə təşkilatları üçün necə dəyərli olduqlarını görmək olar. Burada valyuta riskindən təbii hecing yaranır. Qeyd etdiklərimizə əlavə olaraq, dəyər zənciri maliyyələşməsi ilə ənənəvi maliyyəşmə arasındakı digər fərqləri də aşağıdakı cədvəldən izləmək olar:
Fərqli Elementlər |
Dəyər zənciri maliyyələşməsi |
Ənənəvi maliyyələşmə |
Kreditin məqsədi |
Tam dəyər zənciri |
Fərdi təşkilat |
Kreditin təhlili |
Məhsul istehsalı, satışı və maliyyə nəticələri |
Əsasən maliyyə hesabatlarının təhlili |
Risk səviyyəsi |
Nisbətən aşağı |
Nisbətən yüksək |
Kreditin müddəti |
Qısa müddətli |
Qısa, orta və uzun müddətli |
Girov tələbi |
Əsasən istehsal edilən məhsul |
Əsasən daşınmaz əmlak |
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermer təsərrüfatları da dəyər zənciri maliyyələşməsinin onlar üçün faydalı olduğunu artıq bilirlər, belə ki, kreditin təhlil dövrü nisbətən qısa olur, faiz dərəcəsi aşağı olur və əsas çətinlik olan girov tələbi də nisbətən yumşaq olur. Beləliklə dəyər zənciri maliyyələşməsinin həm kredit təşkilatları, həm də iştirakçı fermerlər üçün ənənəvi maliyyələşmədən necə fərqli və sərfəli olduğunu görürük. Dəyər zəncirlərinin inkişafında əldə ediləcək nailiyyətlər maliyyə təşkilatlarının kredit portfelinin, uğurlu müştəri sayının artmasına və gəlirlik hədəflərinə nail olmalarına gətirib çıxaracaqdır.
Dünya Bankı Qrupunun (DBQ) üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən icra olunan və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən “Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliliyi Layihəsi” kənd təsərrüfatı iştirakçılarının müxtəlif maliyyə məhsullarına çıxışının təkmilləşdirilməsi yolu ilə Azərbaycanın kənd təsərrüfatı sektorunun qlobal bazarda rəqabətliliyinin artırılması məqsədini güdür və öz fəaliyyətində yuxarıda göstərilən məsələlərin bəzilərinin həll edilməsi istiqamətində maliyyə təşkilatları və kənd təsərrüfatı istehsalçıları ilə sıx əməkdaşlıq edir. Burada mühüm vəzifə (a) maliyyə təşkilatlarının kənd təsərrüfatını maliyyələşdirməsi üçün onların imkanlarının genişləndirilməsi və (b) kənd təsərrüfatı istehsalçılarının bazara daha rəqabətli və daha yüksək dəyər qatılmış məhsul çıxarması yolu ilə onların da maliyyə təşkilatları üçün uğurlu müştərilərə çevrilməsidir.
Müəlliflər:
Andriy Zaripov - IFC aqro-maliyyə və aqro-sığorta məsələləri üzrə ekspert
Şamil Qədirov – IFC Azərbaycan İnvestisiya Mühiti və Kənd Təsərrüfatının Rəqabətliliyi Layihəsinin maliyyə məsləhətçisi