Nazirlər Kabinetinin müəyyən etdiyi həcmdə dövlət ərzaqlıq buğda ehtiyatlarının yaradılması məqsədilə əsasən yerli istehsalçılardan, zərurət yarandıqda isə idxal yolu ilə yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükü sahəsində işlər davam etdirilib.
Eləcə də bax: Dövlət Xidməti: Çörəyin pərakəndə satış qiymətində heç bir - Artım Yoxdur
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Sənəddə qeyd edilib ki, yerli taxıl bazarında unun, həmçinin çörəyin bahalaşması risklərini təhlükəsiz idarə etmək məqsədilə və belə halların qarşısını almaq üçün dövlət ehtiyatı kimi saxlanılan və saxlama müddəti başa çatmış buğdanın qiymət sabitliyinin saxlanılması üçün mart ayının əvvəllərindən istifadəyə buraxılmasına başlanılıb. Nəticədə həmin dövrdə unun topdansatış qiymətlərində heç bir dəyişiklik olmayıb. Dövlət taxıl ehtiyatları hesabına daxili taxıl bazarına müdaxilə süni qiymət artımının qarşısının alınmasına imkan verib. (Apa)