Bakıda “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Asiya İnkişaf Bankının (ADB) birgə təşkilatçılığı ilə “Aqrobiznesin İnkişafı Forumu” keçirilir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yubiley forum “Caspian Agro Week” çərçivəsində milli aqro-ərzaq gündəliyinə həsr olunub.
Forumda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri və nümayəndəsi Nasar Hayat, ADB-nin Kənd Təsərrüfatı, Qida, Təbiət və Kənd Yerlərinin İnkişafı Sektoru Ofisinin direktoru Jiangfeng Zhang, Caspian Event Organisers şirkətinin baş direktoru Fərid Məmmədov, Milli Məclisinin deputatı və Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev, iqtisadiyyat nazirinin müavini Azər Bayramov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini Zəkiyyə Mustafayeva, Mərkəzi Bankı sədrinin müavini Toğrul Əliyev və digər dövlət orqanlarının rəhbər şəxsləri iştirak edirlər. (Trend)













