Bu ilin 18 oktyabr - 9 noyabr tarixlərində arıçılıq məhsullarının 25-ci respublika sərgi-satış yarmarkasında fermerlər tərəfindən yarmarkaya çıxarılan 100 tondan çox arıçılıq məhsulundan 83,5 tonu satılıb.
Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçirilir
FED.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu, ötən ilin göstəricisini 23,7 faiz və ya 16 ton üstələyir.
Qeyd edək ki, yarmarkada 43 regiondan 280-dən çox fermer iştirak edib.














