Koronavirus epidemiyası təkcə ənənəvi səhiyyyə sisteminə deyil, dərman bitkilərinə də marağı artırnıb.
FED.az xəbər verir ki, pandemiya səbəbindən Türkiyəyə qara qarağat və çörək otu kimi dərman bitkilərinə maraq artdığına görə, bu məhsulları istehsal edən fermerlər üçün bir fürsət yaranıb.
Eləcə də bax: Pandemiya Azərbaycanın kənd təsərrüfatına mənfi təsir etməyib - RƏSMİ
Türkiyənin «Helvacizade Group»una daxil olan və dünyanın 85 ölkəsində sağlam qida və tibb məhsulları satan «Zade Vital» şirkətinin baş direktoru Kadir Taha Büyükhelvacığil, «Bizə məhsul verən fermerlər «Audi» sürürlər deyir».
FED.az xəbər verir ki, Anadolu torpaqlarında 3800 endemik (yəni məhdud yerlərdə yetişən, hər yerdə bitməyən) bitki var. Şirkət rəhbəri bildirir ki, «dünyada bu sərvətlə ilə böyük bir istehsalçı ola bilərik, amma bundan xəbərdar deyilik».
Büyükhelvacığil bildirir ki, bu otlar böyük tibbi əhəmiyyətə malikdir. Amma əkinçilik siyasəti düz olmadığına görə, milyardlarla dollarlıq sənaye yarada biləcəkləri halda bu xammalın çox ucuz satıldığını söyləyib.
- Bir Alman şirkəti bitki məhsullarını İzmirdəki bir fermerdən 5 dollara alır, üzərinə loqo vurur və heç bir dəyişiklik etmədən 70 dollara satır. Türk şirkətləri də bu məhsulu 70 dollara satın alırlar. Bu əlavə dəyəri bu torpaqlara geri qazandırmalıyıq.
- Pandemiya ilə bərabər profilaktik tibb ön plana çıxdı. Burada hansı tendensiyanı görürsünüz?
- Bu gün məlum oldu ki, xəstəliyin maliyyə xərci böyükdür. Pandemiya ilə qara toxum yağına tələbat çox artdı. Müalicə protokolundakı C vitamini məhsullarına və qara meyvəli məhsullara maraq artdı.
- Çörəkotu yağını necə istehsal edirsiniz?
- Ege Universitetinin əməkdaşlığı ilə Menemende yerli toxumla fermerlərə alış zəmanətli istehsal edirik. Daha yüksək zəhmət çəkərək düzgün toxum istehsal edirik və onu əlavə dəyərli bir məhsula çeviririk. Konyada və ətrafında doğma toxum yetişdiririk. Dənizlidə Sarı kantaron, Çeşme'de isə kudret narı yetişdiririk.
- Qara qarağat Türkiyədə yetişirmi?
- Egeydə çox yaxşı yetişir. 2015-ci ildə fermerlərə istehsal etdirməyə başladıq və fermeri dəstəklədikdə nə qazana biləcəyini gördük. Pandemiyanın ilk günlərində hamı idxalı gözləyərkən fermerimizə 25 faiz ödədik və xammal aldıq. Bu ekosistemdir. Fermeriniz pul qazanmasa, siz də qazana bilməzsiniz. Çörəkotunun kilosunun qiyməti 7 lirədən başladı və 40 lirəyə gəldi. Bizə məhsul istehsal edən fermerlər bu gün Audi sürürlər.
- Fermer dərman bitkisi ilə yaxşı pul qazanır?
Bəli, əlavə dəyər veririk. 7 qitədə 15 ölkəyə məhsul göndəririk. ABŞ-da 54 qram qara toxum yağı 29 dollara satırıq. Bu gün çörəkotu və qarağat ilə varlanan fermerlərimiz var.
- Endemik müxtəliflik necə imkan yaradır?
- Sizə bir misal verim: Koreya ginseng adlı bir bitki var. Koreya, ginseng bitkisini idarə etdi və marka etdi ki, dünyada onun iqtisadi ölçüsü 50 milyard dollardır. Bitki haqqında insanlarda elə təsəvvür yaradılıb ki, sanki Koreya məhsulu olmasa məhsulun heç bir faydası olmayacaq.