İlk 5 ayda xaricdən Azərbaycana 78,8 ton yemiş gətirilib. İdxalın ümumi dəyəri 59,1 min dollar olub. Başqa sözlə, yemişin hər kiloqramı ölkəyə 75 sent və ya 1,28 manat qiymətə idxal edilib.
FED.az xəbər verir ki, ötən illə müqayisədə ölkəyə yemiş idxalı 1,5 dəfə azalıb.
Belə ki, 2024-cü ildə xaricdən Azərbaycana ümumi dəyəri 86 min dollar olan 120 ton yemiş idxal edilmişdi. Başqa sözlə, yemişin hər kiloqramı ölkəyə 72 sent və ya 1,22 manat qiymətə idxal edilib.
Başqa sözlə, ilk 5 ayda xaricdən ölkəyə yemiş idxalı miqdarca 41 ton, məbləğ ifadəsində isə 27 min dollar azalıb.
Azərbaycana yemişin böyük hissəsi İrandan gətirilir.
Belə ki, 2025-ci ilin ilk 5 ayında İrandan Azərbaycana ümumi dəyəri 41,5 min dollar olan 59,3 ton yemiş gətirilib. İrandan gətirilən yemişin hər kiloqramının idxal qiyməti 70 sent və ya 1,2 manat olub.
2024-cü ildə isə İrandan Azərbaycana ümumi dəyəri 61,3 min dollar olan 87,7 ton yemiş gətirilmişdi. İrandan gətirilən yemişin qiyməti bu il də dəyişməyib - hər kiloqramının idxal qiyməti 70 sent və ya 1,2 manat.
Bundan başqa, Azərbaycan Braziliyadan 8,27 ton (kilosu 1 dollar və ya 1,7 manatdan), Türkiyədən 6,25 ton (kilosu 0,7 dollar və ya 1,2 manatdan), Kosta-Rika-dan 2,94 ton (orta qiymət 1 kilosu 1 dollar və ya 1,7 manatdan), Çindən isə 2 tondan da az, yəni cəmi 1,98 ton (orta qiymət kiloqramı 1 dollar və ya 1,7 manatdan) yemiş gətirilib.
Ötiən illə müqayisədə yemiş idxalının azalması ilk növbədə İrandan (28 ton azalma), Türkiyədən (20 ton və ya 3,5 dəfə azalma) idxalın hesabına baş verib.
Əvəzində Braziliyadan yemiiş idxalı 2 dəfə artıb. Eyni zamanda Kosta-Rikadan 2024-cü ildəki cəmi 0,2 ton əvəzinə 2,94 ton, Çindən isə 100 kiloqram əvəzinə 1,98 ton yemiş idxal edilib.