Azərbaycanın ixrac potensialının ildən ilə artması və xüsusən də kənd təsərrrüfatı məhsullarının ixracda öz yerini tutması, ixracatçı təsərrüfatların öz inkişafı ilə yanaşı, ölkənin də iqtisadi cəhətdən dayanıqlı olmasında və onun tədiyyə balansının müsbət dinamikasında böyük rol oynayır.
Eləcə də bax: Azərbaycan birinci rübdə pomidor ixracını - 53% ARTIRIB
Son illərdə ölkədə kənd təsərrüfatı məhsullarının istehsal tempi artmış və xarici bazarlarda rəqabətli məhsullarımız isə dünyanın müxtəlif ölkələrinə ixrac olunmaqdadır. İxrac tempinin artmasına baxmayaraq, 2018 -ci ildə kənd təsərrüfatı məhsullarının idxalı (1 703.5 mln dollar) ixracı (688.5 mln dollar) təxminən 2.5 dəfə üstələmişdir. Belə demək olar ki, geniş miqyasda idxalın da əvəzlənməsi üçün imkanlar açılır. Kənd təsərrüfatı məhsullarının istehsalında bolluq və ixracında müşahidə edilən irəliləyişlər Azərbaycanın özünəməxsus coğrafi yerləşməsi mühüm rol oynayır, belə ki, ölkə ərazisində 9 müxtəlif iqlim qurşağının olması kənd təsərrüfatı məhsulları diversifikasiyasına ciddi dəstək verir. Ona görə də ölkədə ənənəvi olaraq üzümçülük, pambıqçılıq, ipəkçilik, tütün və meyvəçilik sahələri ilə yanaşı digər sahələr də kənd təsərrüfatı məhsullarında öz yerlərini tutmuşlar. Həmçinin, buğda, arpa, pomidor, xiyar və digər tərəvəzlər, alma, nar, fındıq və digər meyvə və giləmeyvələr də ölkənin kənd təsərrüfatında yer alırlar. Bundan əlavə, ölkə ərazisinin çox hissəsinin dağlıq ərazilər olduğundan maldarlıq və qoyunçuluq da inkişaf etmişdir ki, bu da xalçaçılığın inkişafına təkan vermişdir. Hazırda, dünyanın məşhur müzeylərində qədimdə Azərbycanda əl ilə toxunmuş yüksək keyfiyyətli xalçalar nümayiş etdirilir.
Ölkədə belə ənənvi olaraq yetişdirilən kənd təsərrüfatı məhsullarının 2000-ci ildən sonra istehsalının artım dinamikasını aşağıdakı cədvəldə görə bilərik (min ton):
Məhsullar \ İllər |
2001 - 2005 |
2006 - 2010 |
2018 |
18 il üzrə artım, % |
Taxıl, cəmi |
2110,9 |
2314,0 |
3309,2 |
56,8 |
Tərəvəz |
1028,2 |
1208,0 |
1521,9 |
48,0 |
Meyvə və giləməyvə |
527,3 |
700,8 |
1010,8 |
91,7 |
Üzüm |
66,0 |
114,4 |
167,6 |
153,9 |
Ət (kəsilmiş çəki) |
133,3 |
186,5 |
326,0 |
144,6 |
Süd |
1165,4 |
1496,9 |
2080,4 |
78,5 |
Yumurta (mln ədəd) |
700,6 |
1005,7 |
1676,2 |
139,3 |
Cədvəldən gördüyümüz kimi, 2001-ci ildən 2018-ci ilə qədər kənd təsərrüfatı məhsullarının istehsalı çox yüksək templərlə artmışdır və daxili istehlakdan artıq məhsulların ixraca yönləndirilməsi imkanları yaranmışdır. Aşağıdakı cədvəldə isə bəzi kənd təsərrüfatı məhsullarının ixrac dinamikasına baxaq:
Məhsullar \ İllər |
2001 Min ABŞ dolları |
2018 Min ABŞ dolları |
18 il üzrə artım |
Təzə meyvə |
11, 884.6 |
325, 571.8 |
27 dəfə |
Təzə tərəvəz |
829.4 |
202, 794.4 |
244 dəfə |
Kartof |
21.2 |
29,627.5 |
1397 dəfə |
Qoyun dəriləri |
568.3 |
1,455.4 |
2.5 dəfə |
Pambıq lifi |
14,890.9 |
79,529.9 |
5 dəfə |
Pambıq ipliyi |
212.3 |
23,667.8 |
111 dəfə |
Meyvə və tərəvəz şirələri |
1,046.5 |
9,672.8 |
9 dəfə |
Meyvə və tərəvəz konservləri |
1,076.2 |
7,753.6 |
7 dəfə |
Kənd təsərrüfatı məhsullarının ixracı, cədvəldən də göründüyü kimi, son 18 ildə çox böyük templə artmışdır. Bu sürətli artımın sintez yaradan bir çox səbəbləri vardır ki, onların da ən mühümləri - kənd təsərrüfatına yönləndirilmiş maliyyə resurslarının həcmi artmışdır. Həmçinin, ənənəvi ixrac malları ilə yanaşı digər məhsulların da ixracı sürətlənmişdir: misal olaraq, istixana pomidoru, alma, çiyələk, gilas, fındıq, nar və xurma meyvələrinin ixracını göstərmək olar. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının artmasında yuxarıda qeyd etdiyimiz kimi, bu sahəyə ayrılan maliyyə resurslarının artmasıdır. Belə ki, kənd təsərrüfatına ayrılan maliyyə maliyyə resurslarının artması ilk növbədə istehsalın intensiv artmasına kömək edir. Kənd təsərrüfatı məhsullarını istahsal edən təsərrüfatlar kifayət qədər maliyyə resursları aldıqda xaricdən qabaqcıl texnologiyalar alınır, yeni məhsuldar sortlar ölkəyə gətirilir ki, bu da istehsal olunan məhsulun həm kəmiyyət artımına, həm də keyfiyyət baxımından xarici bazarda rəqabətliyinin artmasına gətirib çıxarır. İxracın artmasına son zamanlar bölgəmizdə yaranmış imkanların da ixrac üçün münbit şərait yaratmasını qeyd etmək lazımdır, misal üçün pomidor məhsulu üzrə ixracının qat-qat artmasını göstərmək olar.
Müasir qloballaşma dövründə əvvəllər uzaq görünən ixrac bazarları da əlçatan olmuşdur; ənənəvi ixrac bazarımız olan MDB ölkələrindən savayı, Azərbaycanın kənd təsərrüfatı məhsulları artıq Avropa ölkələri ilə yanaşı Çin, Yaponiya, Şərqi Asiya və Körfəz ölkələrinə də ixrac edilir. İxrac edilən kənd təsərrüfatı məhsullrının xüsusən də emal olunması və əlavə dəyər qatılması hesabına sahibkarlara və ölkəmizin büdcəsinə əlavə gəlirlərin gətirilməsi imkanlarını açır. Ümumilikdə, Rusiya bazarı Azərbaycanın kənd təsərrüfatı və ümumiyyətlə iqtisadiyyatı üçün çox vacibdir. Eyni zamanda, diversifikasiya üçün yeni bazarlar tapılmalıdır. Bu gün, əsasən istixana pomidoru, alma, çiyələk, gilas, fındıq, nar və xurma meyvələrinin ixracını Rusiya ilə yanaşı, Avropa, Körfəz ölkələri, Yaxın Şərq və Asiya bazarlarına da çıxarmaq üçün addımlar atılır. Bəzi hallarda isə bizim məhsullarımız üçün vaxt baxımından hətta çox əlverişli şərait yaranır; misal üçün çiyələk giləmeyvəsinin Körfəz ölkələrinə əsas ixracatçısı Misidir, lakin aprel ayında bu ölkədən ixrac dayanır və bu boşluğu Azərbaycan dolduru, çiyələk üçün aprel ayında münbit ixrac şəraiti yaranır. Bu ixrac bazarları Azərbaycanın kənd təsərrüfat məhsulları üçün həm coğrafi yaxınlıq, ödəniş qabiliyyətli olması və həm də məhsullarımızın tanınaraq alınması baxımından çox perspektivlidir. Azərbaycandan son dövrlərdə daha çox ixrac edilən çiyələk, gilas, alma, fındıq və xurma kimi məhsullarla Rusiya, Avropa, Körfəz ölkələri, Yaxın Şərq və Asiya bazarlarında rəqabət aparan ölkələr daha çox Şərqi Avropa ölkələri, Türkiyə, Afrika və Cənubi Amerika ölkələridir. Eyni zamanda Azərbaycandan ixrac edilən məhsulların marketinq və qablaşdırmaya görə zəif olmasına baxmayaraq, alıcılar dadına görə bizim məhsullrımıza daha çox üstünlük verirlər. Həmçinin, iqlim şəraitinə görə də bir çox ölkələrdə məhsul ixracı sona yetdikdə, Azərbaycanın kənd təsərrüfatı məhsulları yetişir və ixraca hazır olur. Bununla belə, logistik çətinliklərlə yanaşı, zəif marketinq və qablaşdırmada olan çatışmazlıqıar da məhsullarımızın əmtəə görünüşünə mənfi təsir edir və xarici bazarlarda rəqabətliyini azaldır. Ən yaxın zamanda mövcud olan çatışmazlıqların ardan qaldırılması, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac bazarlarında rəqabətliyinin artmasına kömək edə bilər.
Dünya Bankı Qrupunun (DBQ) üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən icra olunan və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən “Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliliyi Layihəsi” kənd təsərrüfatı iştirakçılarının müxtəlif maliyyə məhsullarına çıxışının təkmilləşdirilməsi yolu ilə Azərbaycanın kənd təsərrüfatı sektorunun qlobal bazarda rəqabətliliyinin artırılması məqsədini güdür və öz fəaliyyətində yuxarıda göstərilən məsələlərin bəzilərinin həll edilməsi istiqamətində maliyyə təşkilatları və kənd təsərrüfatı istehsalçıları ilə sıx əməkdaşlıq edir. Burada mühüm vəzifə (a) maliyyə təşkilatlarının kənd təsərrüfatını maliyyələşdirməsi üçün onların imkanlarının genişləndirilməsi və (b) kənd təsərrüfatı istehsalçılarının bazara daha rəqabətli və daha yüksək dəyər qatılmış məhsul çıxarması yolu ilə onların da maliyyə təşkilatları üçün uğurlu müştərilərə çevrilməsidir.
Müəlliflər: Andriy Zaripov - IFC aqro-maliyyə və aqro-sığorta məsələləri üzrə ekspert;
Şamil Qədirov – IFC Azərbaycan İnvestisiya Mühiti və Kənd Təsərrüfatının Rəqabətliliyi Layihəsinin maliyyə məsləhətçisi.