Azərbaycandan nümunə olaraq Pakistan vә Cәnubi Koreyaya nümunә olaraq mürәbbә, noxud, düyü, cem, meyvә quruları göndәrilmişdir. Danışıqlar nәticәsindә ilk addımlar atılıb vә yaxın zamanda ixrac әmәliyyatlarının baş tutacağı gözlәnilir.
FED.az “Aqrar tәdarük vә tәchizat” Açıq Sәhmdar Cәmiyyәtinə istinadən xəbər verir ki, həmçinin 2019-cu il әrzindә Nigeriyaya gilas, nar ixracı, Dubaya armud, gilas vә yumurta ixracı hәyata keçirilmişdir. Hazırda Körfәz ölkәlәri, Şәrqi vә Mәrkәzi Avropa, Afrika, Çin, Sinqapur, Hindistan vә digәr yeni ölkәlәrlә danışıqlar aparılır.
Ötən il Azәrbaycanda müsbәt iqtisadi mühit nәticәsindә gözlәnilәn mәhsul bolluğu nәzәrә alınaraq әnәnәvi bazarımız olan Rusiya Federasiyasının bazarlarında satış hәcmi artmışdır. 20-dәn çox şirkәtlә müqavilә imzalanmış, ixrac zamanı yeni innovativ qablaşmalar istifadә edilmiş vә bizim ölkә üçün yeni olan bazarlarla işgüzar әlaqәlәrin qurulması, hәmçinin mәhsullarımızın ixracı hәyata keçirilmişdir. 2. Bu istiqamәtdә ASC-nin tutduğu әsas strateji xәtt ölkә Prezidentinin tapşırıqlarını yerinә yetirmәk, ölkәdә sivil ixracat mәdәniyyәtinin formalaşmasına nail olmaq, ixrac mexanizmlәrini sağlam vә etibarlı şәkildә tәşkil etmәkdir. 3. Әsas mәqsәdimiz Rusiya bazarından asılılığı minimuma endirmәk vә alternativ bazarlara daha çox üstünlük vermәkdir.
Qeyd etmәk lazımdır ki, Ukrayna bizә yaxın olsa da bu ölkәyә ixrac göstәricilәrimiz yüksәk deyil. Bu baxımdan, Ukrayna bazarı bizim üçün böyük potensial olan ölkәdir vә ASC tәrәfindәn bu ölkәyә üzüm, pomidor vә sarımsaq ixracı hәyata keçirilmişdir. 4. Bundan әlavә Bәrdә, Ağdam, Ağcabәdi rayonlarında soğan, Quba-Xaçmaz regionu vә Ağsu rayonunda sarımsaq istehsal edәn fermerlәrә ixrac üçün mәhsullarının hazırlanması, saxlanılması vә qablaşdırılması barәdә tәlimlәr verilib. Bu mәhsullar üçün potensial ixrac bazarları, bu bazarlara loqistika kanalları, ixrac üçün sertifikatların alınması vә gömrük sәnәdlәşdirilmәsi haqqında fermerlәr mәlumatlandırılıb. Soğan vә sarımsaq mәhsullarının Gürcüstan vә Ukrayna bazarlarına ixrac edilmәsindә fermerlәrә dәstәk göstәrilib. Әlavә olaraq yerli fermerlәrә dәstәk olaraq Quba-Xaçmaz bölgәsindә Nigeriya vә BӘӘ kimi ölkәlәrin yeni bazarlarına gilas ixracı üçün mәhsulun hazırlanması, qablaşdırılması, gömrük sәnәdlәşdirilmәsi vә göndәrilmәsi ilә bağlı tәlimlәr keçirilib. 5. Respublikada istehsal olunan mal әtinin Qәtәr dövlәtinә ixrac edilmәsi üçün fermerlәrlә görüşlәr keçirilib. Bundan әlavә yerli fermerlәrә dәstәk olaraq Hacıqabul rayonunda istehsal olunan toyuq mәhsulunun BӘӘ-nә ixracı hәyata keçirilib. Fermerlәrә Әrәb ölkәlәrinin yeni bazarlarına ixrac üçün mәhsulun hazırlanması, qablaşdırılması, gömrük sәnәdlәşdirilmәsi vә göndәrilmәsi ilә bağlı tәlimlәr keçirilib