Son illər bütün dünyada sürətlə populyarlaşan çətənə (konoplya) biznesinin Azərbaycanda da leqallaşdırılması təklif edilib.
Eləcə də bax: Heyvan qanı biznesi başlayır - TÜRKİYƏDƏ FABRİK QURULDU
FED.az xəbər verir ki, bununla bağlə təklifi ekoloq-ekspert Samir İsayev irəli sürüb. Onun sözlərinə görə, son illər dünyada çətənə biznesinə icavzə verən ölkələrin sayı sürətlə artmaqdadır. Çətənə/kannnabis/konoplyanın müxtəlif cəhətlərinin iqtisadi tərəfdən çox sərfəli olduğunu bildirən ekspertin sözlərinə görə, Azərbaycanda bu sahə ilə bağlı mövcud olan qadağa ölkəni əlavə iqtisadi gəlirdən məhrum edir. Ekspert yazır:
Eləcə də bax: Türkiyədə tərxun biznesi - "AĞILLI SƏRMAYƏ"
«Dəfələrlə yazmışam ki, dünya dövlətləri biri-birinin ardınca Kannabisin sənaye istehsalına icazə verir və bunu genişləndirir.
Çin hazırda dünyada istehsal olunan kannabisin yarısını istehsal edir və dünya bazarını onun məhsulları ilə doldurub. Dünyada kannabis məhsullarına alınan 600-dən çox patentin yarsını Çin alimləri alıblar.
Çində 1ha torpaq sahəsində əkilən kannabis fermerlərə 1500 USD gəlir gətirir. Hansı kənd təsərrüfatı məhsulu bu qədər rentabellidir? Çin kannabisdən istehsal etdiyi xammal və məhsulların 50%-ni ixrac edir.
Keçən il yazmışdım ki, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə kannabisin sənaye üsuluna icazə verib. Çyində elə kannabis sortları yetişdirilib ki, səhradan tutmuş soyuq erlrə qədər hər yerdə yetişir və məhsul verir.
Bu ilin mart ayında Özbəkistan da belə bir qərar qəbul etdi. Yanaşma standartdır, yəni tərkibində tərkibində 0,2%-ədək tetraqidrokannabinol olan kannabisin əkilməsinə, idxalına, ixracına, emalına, saxlanmasına, daşınmasına, əldə edilməsinə hüquqi şəxslərə lisenziya verilir.
Tərkibindəki tetraqidrokannabinol 0,2%-dən çox olan kannabisin dövriyyəsi dövlət inhisarında olmaqla yalnız xüsusi müəyyən olunmuş qaydada dövlət şirkətləri tərəfindən həyata keçirilir.
Azərbaycanda heç bir şərtlə kannabisin dövriyyəsinə icazə verilmir.
Kannabisdən 30 min adda müxtəlif məhsullar, o cümlədən tekstil, kağız, hərbi, dərman, kosmetik, ərzaq məhsulları, bioyanacaq, tikinti materialları və s. hazırlanır.
Çin kimi Özbəkistan da bu yolla pambıq istehsalını azaltmaq istəyir.
Kanabisdən İplik istehsal texnologiyalarından asılı olaraq 5 min ha, sellüloza istehsalı zavodu isə 20 min ha sahədə əkildikdə rentabelli olur.
Kannabis pambıqdan və digər texniki əkin növlərindən fərqli olaraq daha az su tələb edən bitkidir.
Azərbaycan hökuməti bu istiqamətdə addımlar atmağa gecikir.
O zəhrimar, alaq otu kimi ölkəmizin bütün iqlim tiplərində bitir, istər Kürdəmirin şoran torpağında istər dağ ətəyi bölgələrdə.
Çörək kəsdiiyimiz bıçaqla da adam öldürmək olur. Narkotik deyib ağız büzməkdən praqmatik düşüncəyə keçid etməyə gecikirik».