Bu ilin yanvar-mart aylarında 114,1 min hektar sahədə və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,8% az yazlıq bitkilərin səpini aparılıb.
Eləcə də bax: Azərbaycanın xaricdən aldığı buğda - 30%-DƏN ÇOX BAHALAŞIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yaz əkininin əvvəlindən 4 114,8 hektar sahədə buğda əkilib ki, bu da ötən ilə nisbətdə 3,2 dəfə çoxdur.
Bu dövrdə 2 157,2 hektar sahədə (ötən ilin müvafiq göstəricisindən 31,7% az) qarğıdalı, 29 064,8 hektar sahədə (azalma 0,5%) kartof, 1 650,4 hektar sahədə isə (artım 3,1 dəfə) emal üçün nəzərdə tutulan şəkər çuğunduru əkilib.
Yazlıq bitkilərin əkini üzrə göstəricilər:
|
Yanvar-mart |
2022-ci ilin yanvar-mart ayları 2021-ci ilin yanvar-mart aylarına nisbətən, faizlə |
|
2022 |
2021 |
||
Yaz əkininin əvvəlindən əkilmişdir |
114 116,8 |
117 431,5 |
97,2 |
Dənlilər və dənli paxlalı bitkilər (qarğıdalısız) |
14 919,5 |
13 511,3 |
110,4 |
onlardan: buğda |
4 114,8 |
1 291,7 |
3,2 dəfə |
vələmir |
4 539,4 |
5 754,6 |
78,9 |
Qarğıdalı |
2 157,2 |
3 158,6 |
68,3 |
o cümlədən dən üçün |
2 157,2 |
2 929,6 |
73,6 |
Dən üçün günəbaxan |
736,0 |
1 006,7 |
73,1 |
Şəkər çuğunduru (emal üçün) |
1 650,4 |
529,8 |
3,1 dəfə |
Kartof |
29 064,8 |
29 198,3 |
99,5 |
Tərəvəz |
24 611,5 |
24 676,4 |
99,7 |
Bostan bitkiləri |
4 356,0 |
4 100,5 |
106,2 |
Birillik otlar |
514,9 |
415,2 |
124,0 |
Çoxillik otlar |
36 106,0 |
40 820,2 |
88,5 |
Sair yazlıq bitkilər |
0,5 |
14,5 |
3,4 dəfə |
(Apa)