Bugünkü "Müasir kənd təsərrüfatı yanaşmalarında aqropark modeli" mövzusunda paneldə aqroparkların inkişafı ilə bağlı müzakirələr, onların təşkili, idarə olunması və s. bütün mexanizmlər kənd təsərrüfatının hazırlığına həsr olunub. Bu günə qədər Azərbaycanda aqroparkların inkişafı istiqamətində ciddi işlər görülüb. Ölkədə ümumiyyətlə 53 aqropark var və onların bir hissəsi bizdə qeydiyyatdadır.
Aqrar şəhərcik belaruslu mütəxəssislərin iştirakı ilə yaradılacaq
FED.az xəbər verir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov bildirib.
Aqroparkların fəaliyyəti barədə məlumat verən R.Hüseynov deyib: “Rəsmi olaraq ölkəmizdə bu günədək bir sıra təsərrüfatların aqropark statusu olub, bir hissəsi statusu olmayıb. İndi aqroparklarla bağlı biz növbəti inkişaf mərhələsinə qədəm qoyuruq. Panelində əsas məqsəd o idi ki, özəl sektordan bir platforma mexanizmi çərçivəsində biz nələri daha yaxşı edə bilərik, necə inkişaf etdirə bilərik, qısa, ortaq, uzunmüddətli və hüquqi istiqamətdə vizyonumuzu müəyyənləşdirək, sonrakı etaplarda artıq bununla bağlı işlər görək.
Ölkəmizdə mövcud aqroparkların ümumi ərazisi 233.000 hektar ərazini əhatə edir. Onun bir hissəsində, təxminən 130 min hektarda əkin aparılır və onun da təxmini yarısından çoxunda yeni növ, müasir növ suvarma sistemləri quraşdırılıb. Bu da kifayət qədər böyük bir göstəricidir.
Panel müzakirələrdə məlum oldu ki, işğaldan azad olunmuş ərazilərimizdə bir neçə şirkətin artıq aqroparklarla bağlı konsepsiyası var. Ən azı biz iki belə aqroparkın olacağını, anonsunu eşitdik. Təbii ki, bu istiqamətdə görüləsi xeyli işlər var. Amma biz ümumiyyətlə Qarabağda bir az fərqli yanaşmalar ortaya qoymuşuq, deyək ki, suvarma suyu ilə bağlı ödənilən subsidiyalar bir az fərqlidir. Düşünürəm, aqroparklar da bu fərqli yanaşmalardan istifadə edib, daha da məhsuldar, rəqabətönümlü məhsul istehsal edə biləcəklər”, - deyə Rəşad Hüseynov əlavə edib. (Azərtac)