Azərbaycanda kənd təsərrüfatının ən maraqlı sahələrindən biri olan baramaçılıqda mühüm yeniliyə start verilir.
FED.az xəbər verir ki, artıq bu sahədə istehsalın demək olar, bütün tsiklini əhatə edən klaster formalaşır – İqtisadiyyat Naziriliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkında «Azting» MMC tərəfindən yaradılacaq tingçilik təsərrüfatı ölkə fermerlərini – baramaçılıqla məşğul olan sahibkarları keyfiyyətli tut ağacı ilə təmin edəcək.
Daha 4 fərdi sahibkar Yevlax Pilot Aqroparkın rezidenti olub - FOTO
Yevlax Pilot Aqroparkında ilk dəfə məhsul yığımına başlanılıb - FOTOLAR
"Yevlax Pilot Aqropark"a 4 milyon manatdan çox - İNVESTİSİYA YATIRILACAQ
100-dən artıq fermerin cəlbi ilə nəhəng aqropark yaradılır - 100 MİLYONDAN ÇOX SƏRMAYƏ QOYULACAQ
Xatırladaq ki, baramaçılıq fəaliyyəti ilə ölkədə minlərlə fermer məşğul olur, onlar üçün əsas məsələlərdən biri baramaçılıq üçün keyfiyyətli yem bazasının təmin olunmasıdır. Barama üçün əsas yem tut yarpağıdır, indiyədək bunun üçün Azərbaycana xarici ölkələrdən, əsasən də Çindən tinglər gətirilirdi.
Yevlax Pilot Aqroparkında Aqro yaradılan tingçilik təsərrüfatı isə bu tinglərin ölkə daxilində istehsalına və fermerləri tinglə daha yaxşı şərtlərlə təmin etməyə imkan verəcək.
Azərbaycan-Özbəkistan birgə investisiya layihəsi çərçivəsində aqroparkın 20 hektar ərazisində tut tingçilik təsərrüfatının yaradılması nəzərdə tutulur.
«Azting» MMC-nin rəhbəri Fazil Hümmətov FED.az-a bildirib ki, Yevlax Aqroparkında yaradılan tingçilik təsərrüfatında Özbəkstandan gətirilən tut ağacı toxumları əkilərək ting alınacaq və yerli fermerlərə paylanılacaq: «Hazırda Azərbaycan fermerləri və kümçülərə barama saxlamaq üçün tələb olunan tut tingləri Çindən əldə edilir. Yeni təsərrüfat yaradılandan sonra isə ölkə yerli və daha məhsuldar tinglə təmin ediləcək. Bu həm xaricdən daha ucuz başa gələcək, ilk növbədə ona görə ki, Çindən fərqli olaraq bu tinglərin daşıma xərci olmayacaq. Həm də yerli tinglər ölkədə yetişdiyindən iqtlimə daha dözümlü olacaq».
Tinglərin məhsuldarlığı da fərqli olacaq – onların hamısı erkək toxumlardan alınacaq ki, meyvə deyil, yalnız yarpaq versin, nəticədə tinglər daha məhsuldar olacaq.
Yeni təsərrüfat vasitəsilə Azərbaycanda baramaçılıqda əsas payı olan 7 rayondakı fermerlər tinglərlə təmin olunacaq.
Artıq İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkda “Azting” MMC-yə rezidentlik statusu verilib. İnvestisiya dəyəri 170 min manat olan layihənin icrası nəticəsində 5 nəfər daimi, 50 nəfər mövsümi işlə təmin ediləcək.
Şirkət ölkəyə gətirilən tinglərin düzgün əkməsinə də nəzarət edəcək: «Yerli icra hakimiyyətləri və DAİM-lərin dəstəyi ilə tincglərin düzgün əkilməsinə, onlara düzgün qulluq edilməsinə nəzarət ediləcək. Eləcə də fermerlərə konsaltinq və məsləhət xidmətləri göstərəcəyik».
Qaydalaəra əməl etməklə əkəndə məhsuldarlıq daha yüksək olacaq: «Bu sahədə Özbəkistan təcrübəsini tətbiq etmək niyyətindəyik. Özbəkistandan mütəxəssislər gələcək və tinglərin əkilməsini onlar həyaat keçirəcəklər».
Bütün bu işlərin həyata keçirilməsi və tingçilik təsərrüfatının qurulması üçün «Azting» MMC-yə Yevlax Pilot Aqroparkında 20 hektar ərazi ayrılıb, hazırda burada təsərrüfatın yaradılması üçün hazırlıq gedir.
Qeyd edək ki, «Azting» MMC-nin fəaliyyətə başlaması ölkədə baramaçılıq sahəsində bütün istehsal prosesini tamamlamağa imkan verir. Belə ki, şirkətə aid olan «Azsilk» MMC birbaşa baramaçılıqla məşğuldur. Hazırda «Azsilk» fermerlərə ipəkqurdu toxumu verir, onlar qurdları 25-30 gün bəsləyib, baramaya çevriləndən sonra şirkətə qaytarırlar.
Qeyd edək ki, «Azsilk» MMC birgə müəssisəsi Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi, yeni texnologiya və qabaqcıl təcrübələrin tətbiqi, ipək məhsullarının ixracının artırılması məqsədilə iki dövlət arasında yaradılıb.
Fermerlərdən baramanı alan «Azsilk» MMC Bərdədə fəaliyyət göstərir. Bunun üçün Bərdədə yerləşən «Bərdə barama qurutma məntəqəsi» indi «Azsilk» adı ilə fəaliyyət göstərir.
Ölkədə baramaçılıqla məşğul olan 40 rayondan 7-si pilot layihə olaraq «Azsilk» MMC-yə verilib. «Bərdə Barama Emalı Məntəqəsi» adlanan qəbul məntəqəsində fəaliyyətini davam etdirən «Azsilk» MMC burada olan baramaboğan avadanlığını modernizasiya edib, inkubasiya yerlərini təkmilləşdirib, yeni istehsalat xətti üçün ayrılmış sahəni baramaaçan avadanlığı üçün hazır vəziyyətə gətirib»-deyə Fazil Hümmətov bildirib.
Şirkət rəhbərinin sözlərinə görə, ümumilikdə «Azsilk»in yeddi rayon üzrə 915 kümçüsü var. Bu 7 rayon üzrə 22 inkubasiya məntəqəsi qurulub və onlara hər vasitə ilə dəstək göstərilir: «Yəni bizim bu gün 915 kümçü ailəmiz lazım olan hər şeylə təmin olunur. Bütün proses boyu aqronomlar onlara vaxtı vaxtında nəzarət ediblər. Biz məhsul yetişənə qədər olan prosesdə 52 nəfər əməyin qarşılıqlı ödənməklə mövsümü işçi götürmüşdük. Onlar da aqronom olaraq barama yığımında kimçülərimizə yaxından dəstək oldular».
Artıq məntəqə üçün avadanlıqlar alınıb və yaxın vaxtlarda istehsal başlayacaq: «Bütün barama məhsulları «Made in Azerbaijan» brendi altında xaricə ixrac ediləcək».