20 may 2019 16:59

Azərbaycanın taxılını yığan kombaynlar gəlir

2019-cu ildə “Rostselmaş” MMC Azərbaycana 20 vahid “NOVA” taxılyığan kombaynı tədarük edib.

FED.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilir.

“2018-ci ildə Biləsuvar rayonunda hər hektardan 135 sentner qarğıdalı məhsulunun yığımına dair “NOVA”nın nümayişi keçirilir. Daha sonra şirkət Azərbaycan aqrarlarının müsbət rəyini əldə edərək dövlət tenderinin qalibi olub. Ötən ay 20 vahid taxılyığan kombaynın ilk tədarükü həyata keçirilib”, – “Rostselmaş”ın kommersiya direktoru Aleksey Şvetsova istinadən bildirilir.

Eləcə də bax: Azərbaycanda zəfəran yetişdirən əmək resursları dağılıb - PROBLEM

O, həmçinin qeyd edib ki, artıq “Rostselmaş”ın 5 min vahid texnikası Azərbaycanın əkin yerlərində istifadə olunur. MMC-nin Azərbaycandakı rəsmi nümayəndəsi servis və texniki xidmət üzrə tam paket təqdim edir, mexanizatorların və təsərrüfatların servis xidmətlərinin tədrisini həyata keçirir.

“Rostselmaş” “РОСТСЕЛЬМАШ” və “VERSATILE” brendi ilə texnika istehsal edən 4 ölkədə 10 istehsalat sahəsində yerləşən 13 müəssisənin daxil olduğu şirkətlər qrupudur.

Bugünədək “Rostselmaş”ın aqromaşınları dünyanın 50-dən artıq ölkəsində təqdim olunub.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz