Xankəndidə Prezidentin Xüsusi Nümayəndəliyinin binası yenidən qurulacaq.
FED.az xəbər verir ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ yeni satınalma müqaviləsi imzalayıb. Satınalma bir mənbədən alınma metodu ilə həyata keçirilib.
Belə ki, Xankəndi şəhərində yerləşən Prezidentin Xüsusi Nümayəndəliyinin inzibati binasının yenidənqurulması işləri “AZEKON Construction” MMC-yə həvalə edilib.
Layihənin dəyəri 22 milyon 417 min 950,14 manat təşkil edir.
Qurum və şirkət arasında daha öncə Xankəndi şəhərində yerləşən keçmiş icraiyyə komitəsi binasında bütövlükdə A blokunun söküntü işləri üzrə 1 milyon 410 min 632,32 manatlıq müqavilə imzalanmışdı.











