Son illər ərzində turizm sektorunda investisiya axınlarının artması turizm xidmətləri infrastrukturunun nəzərəçarpacaq səviyyədə inkişaf etməsinə səbəb olub.
FED.AZ xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə yay mövsümünün açılışı, bu istiqamətdə həyata keçirilən işlər və yeniliklərlə əlaqədar keçirilən tədbirdə agentliyin söbə müdirinin müavini Günay Bayramova bildirib.
G.Bayramovanın sözlərinə görə, 2017-2024-cü illər ərzində otel və mehmanxana tipli müəssisələrin sayı 44% artraq 250-yə çatıb. Paralel olaraq, birdəfəlik tutum 61,9% artaraq 67,4 min yerə yüksəlib.
Agentlik rəsmisi qeyd edib ki, bu dinamika turizm sektorunda həm xidmət keyfiyyətinin, həm də infrastrukturun müasir standartlara uyğun inkişafını təmin edir.