15 avqust 2025-ci il, saat 12:00-da “Sabunçu İstehsalat Xidməti Bazası” ASC-nin (VÖEN: 9900028131) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Zabrat 1 qəsəbəsi, Oktyabr küçəsi 29, “Neftqazmaş” ASC-nin akt zalı ünvanında baş tutacaq.
Gündəlikdə olan məsələlər.
1. Cəmiyyətin ləğv edilməsi;
2. Cəmiyyətin direktorunun vəzifəsindən azad edilməsi;
3. Təsviyəçinin təyin edilməsi və ona qanuni təmsilçiyə dair bütün səlahiyyətlərin həvalə edilməsi;
4. Digər məsələlər.
Səhmdarların növbəti ümumi yığıncağının gündəliyi üzrə materiallarla yuxarıdakı ünvanda iclas zamanı tanış olmaq olar
Yığıncaqda iştirak etmək niyyəti olan səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı tələb olunur.