"İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi" MMC-nin külli miqdarda ödənilməmiş vergi borcu var.
FED.az xəbər verir ki, şirkətin vergi borcu hazırda nə az, nə çox - 513 min 41,31 manatdır.
Bildirək ki, "İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi" MMC 8 iyul 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 manatdır. MMC-nun qanuni təmsilçisi Məcidov Aqşin Ramzes oğludur.
Hüquqi ünvanı AZ1029, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev.139A-dir.