Group Motors
Maliyyə əməliyyatları, xəzinə və bank hesablaşmaları üzrə mütəxəssis (müvəqqəti)
Son tarix 24 may 2026 - [email protected]
Komandamıza dekret məzuniyyəti dövrü üçün məsuliyyətli və diqqətli Xəzinadar axtarırıq. Bu rol gündəlik maliyyə əməliyyatlarının düzgün və vaxtında icrasını təmin etmək baxımından vacibdir.
Əsas vəzifələr:
- Gündəlik bank əməliyyatlarının icrası və internet bankçılıq üzərindən ödənişlərin hazırlanması
- Daxil olan və çıxan ödənişlərin nəzarəti, təsdiqi və üzləşdirilməsi
- Debitor borcların izlənməsi, ödənişlərin uçotu və hesabatı
- Kreditor öhdəliklərinin vaxtında ödənilməsi və nəzarəti
- Müştəri və təchizatçılarla hesablaşmaların uzlaşdırılması
- Bank çıxarışlarının yoxlanılması və 1C sisteminə işlənməsi
- Gündəlik cash flow və ödəniş planlamasına dəstək
- Kassa əməliyyatlarının aparılması və nəzarəti
- Maliyyə sənədlərinin hazırlanması və arxivləşdirilməsi
Tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə təhsil
- Bank əməliyyatları, debitor və kreditor hesablaşmaları üzrə ilkin təcrübə üstünlükdür
- 1C proqramında sərbəst işləmək bacarığı
- Excel-də baza və ya orta səviyyə biliklər (Pivot, VLOOKUP üstünlükdür)
- Ödəniş tapşırıqları və bank sənədləri ilə işləmə bacarığı
- Analitik düşüncə və detallara diqqət
- Vaxtında işlərin icrası və məsuliyyətlilik
Biz nə təklif edirik:
- Peşəkar və dəstəkçi iş mühiti
- Təcrübə qazanmaq və inkişaf imkanları
- Sabit və strukturlaşdırılmış iş prosesi
- Gələcəkdə daimi iş imkanının yaranma ehtimalı
- Əmək Haqqı: 1000-1200 AZN
Əgər siz maliyyə sahəsində karyeranıza başlamaq və ya inkişaf etdirmək istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Xəzinədar" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.













