Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı çərçivəsində 20-yə yaxın əməkdaşlıq sənədi imzalamağı planlaşdırır.
Azərbaycan və Çin kosmik sahədə əməkdaşlıq edəcək
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərkosmos"un İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov bildirib.
“Azərkosmos" olaraq bu tədbirdə 10-a yaxın anlaşma memorandumu daxil olmaqla, ümumilikdə 20-yə yaxın əməkdaşlıq sənədi imzalamağı planlaşdırırıq. Sənədlər imzalandıqca bu barədə ictimaiyyətə məlumat veriləcək. Əməkdaşlıqlar xüsusilə kosmosun sülh və elm məqsədləri ilə istifadəsini əhatə edir. Şadıq ki, artıq Çinlə də bu istiqamətdə əməkdaşlığımızı genişləndiririk”, - deyə o qeyd edib. (Report)