Bu məqalədə Uber şirkətinin uğurla bir startap kimi başlayıb, hazırda dünyanın ən böyük şirkətlərindən birinə necə çevrilməsi barədə danışacağıq.
7 il bundan əvvəl UberCab adlı startap San Fransiskoda unikal bir xidməti işə salır. Bu xidmətin unikallığı ondan ibarət idi ki, smartfon vasitəsilə maşın və ya taksi çağırmaq mümkün idi. İndi Uber adı altında tanınan bu şirkətin artıq bütün yer kürəsində sözügedən xidməti yayıldı.
Hazırda şirkət 58 ölkədə fəaliyyət göstərir və 60 milyard dollardan çox bir məbləğdə qiymətləndirilir. Lakin şirkət bu məqama elə də asan yolla gəlib çıxmamışdır.
Bu startapın qiyməti artdıqca investorlar onun uğrunda mübarizə aparırdılar; eyni zamanda Uber də çox böyük rəqabətlə və səlahiyyətli orqanların qadağaları ilə üzləşirdi.
Hazırda şirkət dəbdəbəli lüks qara avtomobili bir neçə dəqiqəyə çağırmaq imkanı verən xidmətdən qlobal logistik xidmətə çevrilmişdir. Bu xidmət qarşıdan gələn pilotsuz nəqliyyat inqilabında mühüm rol oynamaq perspektivinə malikdir.
Habelə, Uber-in göstərdiyi fəaliyyət prosesində əvvəllər də olduğu kimi bir sıra çətinliklər meydana gəlir: o, həm ənənəvi taksilər, həm də öz əməkdaşları tərəfindən yaradılan çətinliklərlə üzləşir.
Son zamanlar onun çinli rəqibi olan Didi Chuxing arasındakı rəqabət diqqət mərkəzində idi. Nəticədə, onların arasında uzun sürən və hər iki tərəfə baha başa gələn həmin mübarizə 35 milyard dollara birləşmə ilə başa çatmışdı.
Ən çətin bazar uğrunda mübarizə başa çatdığına görə biz artıq Uber şirkətinin və onun baş direktoru Trevis Kalanikin keçdiyi tarixi yola geri dönə və baxa bilərik.
İyun, 1998: Pirinq axtarış sistemini təklif edən “Scour” startapı “Disney” korporasiyasının keşmiş prezidenti Maykl Ovis və “Yucaipa Companies” özəl investisiya firmasından olan Ron Berkli tərəfindən öz ilk investisiya tranşını aldı. Bu layihədə iştirak etmək üçün Kalanik (Uber direktoru) Los Ancelesdə oxuduğu Kaliforniya universitetini tərk edir və təhsilini yarımçıq qoyur.
Oktyabr, 2000: “Scour” startapı bir neçə əyləncə şirkətlərinin irəli sürdüyü ümumi olaraq təxminən 250 milyard dollar məbləğindəki iddiaların obyektinə çevrilir. Bundan sonra startap müflisləşdiyini elan edir.
Aprel, 2007: Kalanik 2001-ci ildə təsis etdiyi “RedSwoosh” şirkətini 23 milyon dollara “Akamai” korporasiyasına satır və milyonçu olur. Kalanik deyirdi ki, “RedSwoosh”u yaratmaqda məqsəd “Scour”a qarşı məhkəmə iddiası qaldıran həmin 33 şirkəti özünün müştərisinə çevirərək onlardan qisas almaq idi.
Dekabr, 2008: “LeWeb” texnoloji konfransında Kalanik ilk dəfə elə bir ideya eşidir ki, həmin ideya sonradan “Uber”ə çevrilir. Bundan sonra o, telefon vasitəsilə sürücüsü olan bahalı avtomobil icarəsinin məbləğinin necə aşağı salına biləcəyi barədə düşünməyə başlayır.
Mart, 2009: Həmin il “Uber” (o zamanlar “UberCab” adlanırdı) şirkəti təsis edilir. Şirkətin əsas qayəsi çağırışla gələn xüsusi qara lüks avtomobil xidməti təklif etmək idi. Xidmətin ilk versiyasını Qerrett Kemp, Oskar Salazar və Konrad Uilan yaratmış, Kalanik isə “meqakonsultant” rolunda çıxış etmişdi. O, həmçinin xatırlayır ki, şirkətdə ona hamı “baş inkubator” titulu qoymuşdu.
Yanvar, 2010: Kalanik Twitterdə yazır: “Geolokasiya əsasında qurulan yeni layihənin idarəedilməsi üçün biznesin inkişafı üzrə əla mütəxəssis axtarırıq. Məhsul hələ bazara çıxmayıb, lakin buna çox böyük kapital qoyulub və çox mühüm insanlar cəlb edilibdir. Bununla bağlı ağlınızda olan biri varmı?”. Sonradan şirkətin baş direktoru olacaq Rayan Qreyvs həmin müraciətə cavab verir.
İyun, 2010: Uber ilk olaraq San Fransiskoda işə salınır. O zamanlar həmin xidmət ənənəvi taksilərlə müqayisədə yarım dəfə baha başa gəlirdi. Lakin onun özəlliyi telefonda sadəcə bir düyməyə basmaqla və ya sms göndərməklə maşını çağırmaq idi. Bu xidmət çox tez bir zamanda məşhurlaşır.
Oktyabr, 2010: Uber maliyyələşdirmənin ilk raundunu First Round Capital şirkətindən, Kalanikin dostu Kris Sakkidən və Napster təsisçisi Şon Fenninqdən 1.25 milyon dollar məbləğində investisiya almaqla bağlayır.
Dekabr, 2010: Şirkətin baş direktoru vəzifəsini tutan Rayan Qreyvs öz yerini Kalanikə verir. Sonra Qreyvs yenə də şirkətə rəhbərlik etməyə başlayır. Onların hər ikisi deyirdi ki, şirkətdəki kadr dəyişiklikləri mehribancasına həyata keçirilirdi.
Fevral, 2011: Uber A seriyası maliyyələşdirmə raundunu 11 milyon dollar məbləğində başa vurur. Bundan sonra şirkət 60 milyon dollar dəyərində qiymətləndirilir. Raund “Benchmark” vençur fondu tərəfindən aparılır, onun partnyoru isə Uber-in direktorlar şurasına daxil olan Bill Qörli olur.
May, 2011: Uber Nyu-Yorkda da fəaliyyətə başlayır. Hazırda bu bazar şirkət üçün ən böyük və ən çətin bazarlardan biridir. 2015-ci ilin aprelindən 2016-cı ilin aprelinədək Uber bu şəhərdə xidmət göstərməklə gün ərzində orta hesabla 170 min gediş həyata keçirirdi.
Dekabr, 2011: Uber beynəlxalq bazara çıxır və genişlənməyə başlayır. İlk olaraq Paris şəhərindən başlayır. Bundan başqa, onun B seriyası maliyyələşdirmə raundu 32 milyon dollar məbləğində bağlanır. Bu raundda “Menlo Ventures” fondu, Amazon-un baş direktoru Cef Bezos və Goldman Sachs bankı iştirak edir.
İyul, 2012: Uber ictimaiyyətə gizli layihəsi olan və bahalı olmayan Uber X xidməti barədə elan edir. İlk əvvəl, Uber X xidməti Uber-in digər xidmətindən, yəni əvvəl çağırılan dəbdəbəli klass sinfi qara maşınlarından və Toyota Prius, Cadillac Escalade tipli bahalı maşın xidmətindən fərqli olaraq 35% daha ucuz başa gəlirdi.
Kalanik deyirdi: “Uber – həyat tərzi və çatdırılma xidmətini bir-birinə uyğunlaşdıran bir xidmətdir”.
Avqust, 2012: San Fransiskoda “Uber”in əsas rəqibi adlandırılan “Lyft” xidməti buraxılır. Bu zaman onlar arasında qiymət mübarizəsi başlayır.
Avqust, 2013: Uber Hindistan və Afrikada işə düşür. Bununla da C seriyası maliyyələşdirmə raundunu “Google Ventures”-dən 258 milyon dollar almaqla başa vurur və Uber şirkəti 3.76 milyard dollar dəyərində qiymətləndirilir.
Aprel, 2014: Uber şirkəti Manhettonda işləyən UberRUSH adlı veloçatdırma xidmətini işə salır. Çatdırılmanın minimal məbləği 7 dollar olur: yəni 3 dollar baza qiyməti + 4 dollar ilk mil üçün qiymət.
İyul, 2014: İyunda 17 milyard dollar dəyərində qiymətləndirilən şirkət növbəti 1.2 milyard dollar həcmində maliyyələşdirməni iyulda cəlb edərək Çinə gəlir. Görünürdü ki, Çin bu şirkət üçün ən əhəmiyyətli bazarlardan birinə çevriləcək. İndi artıq Uber üçün mühüm olan 10 böyük şəhərlərdən 5-i məhz bu ölkədə yerləşir.
Avqust, 2014: Uber şirkəti UberPOOL adlı xidmətini buraxır. Bu xidmətə əsasən gedişi və məbləği yol yoldaşınızla bölmək olar.
Dekabr, 2014: Şirkət “Baidu” adlı çin axtarış nəhəngindən 600 milyon dollar vəsait cəlb edir. İndi çin xidmətinin təklif etdiyi mobil axtarış və xəritə sıx şəkildə Uber ilə inteqrasiya ediləcəkdir.
Aydındır ki, şirkət Çin bazarı uğrunda ciddi mübarizəyə hazırlaşır.
Yanvar, 2015: Uber şirkəti Honkonqda UberCARGO adlı xidməti buraxır. Nəzərdə tutulurdu ki, bu xidmət yüklərin yerdəyişməsi və çatdırılması ilə bağlı bütün ehtiyacları təmin edəcəkdir. Xidmətin şüarı (sloqanı) “mallar üçün VİP səyahət” idi. Bu da UBER-in universal logistika xidməti yaratması yolunda atdığı addım və hərəkətlərin məntiqi davamıdır.
Mart, 2015: Uber şirkəti kartoqrafik stratap “deCarta”nın alınması prosesinə başlayır. Ola bilsin, bu prosesi başlamağının məqsədi Google Maps-dən olan asılılığı azaltmaq idi. Bu, şirkətin həyata keçirdiyi ilk alış idi.
Aprel, 2015: Şirkət UberEATS xidmətini buraxır. Bu, bir neçə dəqiqəyə istənilən ünvana yemək və ya qidanın çatdırılması xidmətidir. Pilot layihəsi kimi ilk olaraq bu xidmət 4 şəhərdə işə salınır. Həmin şəhərlər bunlardır: Los Anceles, Barselona, Çikaqo və Nyu-York. Hazırda isə həmin xidmət ABŞ-ın 23 şəhərində mövcuddur.
Uber şirkəti fevralda açılan robot-texniki mərkəzinə Karnegi-Mellon universitetinin 40-dan çox əməkdaşını cəlb etməyə çalışır. Həmin mərkəzdə pilotsuz avtomobil yaradılır. Əvvəllər Kalanik deyirdi: “Uber-in bahalı olmasının səbəbi ona görədir ki, siz nəinki maşına, eləcə də sürücüyə görə pul ödəyirsiniz”. Bəs görəsən Kalanik pilotsuz avtomobil çıxdıqdan sonra nə deyəcəkdir?
İyun, 2015: Bütün Fransada səs-küylü etirazlar: taksi sürücüləri və onların tərəfdaşları yolları bağlayır, şinləri yandırır, Uber sürücüsü olmasını hesab etdikləri insanlara hücum edirlər.
Həmin ay Uber-ə qarşı San Fransiskolu sürücü Barbara En Bervik tərəfindən verilən şikayətə cavab olaraq Kaliforniyanın əmək komissiyası tərəfindən belə bir qərar qəbul edilir: Uber sürücüsü müstəqil podratçı deyil, muzdlu işçidir. Bu qərar şirkətin bütün biznes modelini sual altına qoyur.
Sentyabr, 2015: Çin bazarı uğrunda mübarizə aparmaq üçün şirkətin Çin şöbəsi 1.2 milyard dollar məbləğində maliyyə vəsaiti cəlb edir. Buna cavab olaraq şirkətin əsas rəqibi Didi Kuaidi isə 3 milyard dollar vəsait cəlb edir.
Oktyabr, 2015: Uber rəsmi olaraq UberRUSH proqramını işə salır. Qeyd edək ki, bu proqram 2014-cü ilin aprelindən eksperimental rejimdə işləyirdi.
Yanvar, 2016: Beynəlxalq ekspansiyasını maliyyələşdirmək üçün Uber şirkəti öz şəxsi kapitalından 2 milyard dollar vəsait cəlb edir.
Fevral, 2016: Şirkət rusiyalı milyarder Mixail Fridmandan 200 milyon dollar məbləğində investisiya alır.
Həmin ay özünə qarşı xidmətinin reklamı ilə bağlı kollektiv iddianın qaldırılması nəticəsində Uber şirkəti 25 sərnişinə 28.5 milyon dollar məbləğini ödəməyə razılaşır. Sövdələşmənin şərtlərinə görə bundan sonra şirkətə öz şəxsi testlərinə istinadən “öz sektorunda ən yaxşı” və ya “öz sinfində ən yaxşı” tipli ifadələri işlətmək qadağası qoyulur.
May, 2016: Texasın Ostin şəhərinin sakinləri sürücülərdən barmaq izlərinin toplanması lehinə səs verdikdən sonra Uber və onun rəqibi Lyft şirkətləri həmin şəhərdən çıxıb gedirlər. Qeyd edək ki, bu qərarın ləğv edilməsi ilə bağlı hər iki şirkət milyonlarla vəsait xərcləyir, lakin qərar qəbul olunur. Nəticədə, bu qərar hər iki rəqibə ziyanla başa gəlmiş olur.
Həmin ay Uber və Toyota şirkətlərinin birgə əməkdaşlıq yollarını öyrənmək üçün hər iki şirkət “Qarşılıqlı anlaşma barədə memorandum” imzalayır.
İyun, 2016: Uber şirkəti Səudiyyə Ərəbistanı İnvestisiya Fondundan ən böyük individual investisiya olan 3.5 milyard dollar vəsait cəlb edir. İnvestisiya fondunun icraçı direktoru Yasir əl-Rumayan şirkətin direktorlar şurasının üzvü olur.
Kalanik həmin ay qeyd edir: "Uber bütün dünyada yüzlərlə şəhərdən çox böyük gəlirlər əldə edir, lakin bu pullar onun çinli rəqibi Didi şirkətinə qarşı mübarizəyə cəlb olunur və yenidən investisiya olunur.” Onun sözlərinə görə, bu mübarizə şirkətə ildə milyardlarla dollara başa gəlir.
İyul, 2016: Uber şirkəti bu dəfə kredit şəklində daha 1.16 milyard dollar vəsait alır. Şirkət “qlobal ekspansiyanı və operativ fəaliyyətini, eləcə də elmi araşdırmaları və prosesləri dəstəkləmək” məqsədilə aşağı faiz dərəcəsi ilə bu krediti götürür.
İyul, 2016: Uber Macarıstanda problemlə qarşılaşır. Ölkə qanunvericiliyi şirkətin orda işləməsini qeyri-mümkün edir və şirkət ölkədən getmək məcburiyyətində qalır.
Həmin ayın ortasında şirkət elan edir ki, ona sifariş edilmiş gedişlərin sayı 2 milyarda çatmışdır (bu kəmiyyət isə bir milyard gedişin sifariş edilməsindən yarım il sonra alınmış rəqəmdir).
Eləcə də həmin ay Federal məhkəmədə Uber-ə qarşı iddia qaldırılır və iddiaçı qeyd edir ki, Uber “fırıldaq işlədib və ehtimal ki, cinayət əməli törətmişdi”. İddiaçı Kalaniki antimonopolist qanunvericiliyini pozmaqda ittiham edirdi, çünki şirkət tələbatın artdığını görüb qiymətləri qaldırırdı.
Həmin ay Uber üçün digər bir problem də yaşanır. Çin hökuməti yoldan taksi saxlamaq imkanını leqallaşdırır və nəticədə, Uber və Didi şirkətləri yeni bir qarşıdurmayla üz-üzə qalırlar. Qeyd edək ki, Didi Çinin 400-dən çox şəhərində fəaliyyət göstərir. Uber isə ilin sonunadək 100-ə qədər şəhərdə fəaliyyət göstərməyi qarşısına məqsəd qoymuşdur.
Çin bazarı uğrunda mübarizə nəhayət ki sona çatır və Uber ilə Didi şirkətləri 35 milyard dollara qiymətləndirilən birləşmə barədə razılığa gəlirlər. Əslində, bu proses amerikanların ölkə uğrunda mübarizəni uduzmaları və hər iki şirkətin investorlarının isə rahatlaması demək idi.
Bəs sonra?
Uber dünyanın ən bahalı startaplarındam biri olaraq qalır. Bu xidmət Asiya və Cənubi Amerika bazarlarında yayılmaqda davam edir, pilotsuz nəqliyyat texnologiyasını inkişaf etdirir və milyardlarla dollar maliyyə vəsaitləri cəlb edir. Şirkət hələ birjaya çıxmamışdır və Kalanik bu prosesi mümkün qədər yubatmağa çalışır. Lakin Didi ilə bağlanan sövdələşmə IPO-nun heç də uzaq olmadığına dəlalət edir.
Mənbə: insider.pro