“Nardaran İnvest” MMC-nin rəhbərliyi yenidən təşkil olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Halfmoon Project” Məhdud Məsuliyyətli Cəmiyyəti “Nardaran İnvest” MMC-yə qoşulduğundan, “Nardaran İnvest” MMC-nin rəhbərliyi yenidən təşkil edilib.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Ləhiş yolunun 300 metrliyi, ev 32X ünvanına bildirə bilərlər.
“Halfmoon Project” MMC-nin nizamnamə kapitalı 100 manatdır və şirkətin rəhbəri Ayaz Tağıyev Xalıq oğludur.
Hüquqi ünvanı AZ1094, Bakı Şəhəri Sabunçu Rayonu, Nardaran ŞTQ, Nardaran ləhiş yolu, ev.32X, 300 metrliyi ünvanıdır.










