Mərkəzi Bank tərəfindən Data Lakehouse Platforması üzrə əməliyyat və texniki dəstəklənməsi xidmətlərinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "Datalead" MMC olub. Müqavilənin ümumi dəyəri 894.5 min manat təşkil edir. Ehtimal olunan qiymət isə 1 milyon 73.6 min manat idi.
Qeyd edək ki, "Datalead" MMC bundan əvvəl (14.05.2025) Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu PHŞ tərəfindən elan edilmiş tenderdə də qalib gəlib. Şirkət İnstitutun data mərkəzindəki məlumat bazalarının səmərəliliyinin artırılması, dayanıqlığın təmin edilməsi və miqrasiya xidmətləri üzrə 82 010 manat dəyərində müqavilə imzalayıb.










