“Bakı Fond Birjası”nın keçmiş sədri “CPM-İnvest” investisiya şirkətinin rəhbərliyindən ayrılıb.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri dəyişib
FED.az xəbər verir ki, Abdullayev Eldar Faiq oğlu “CPM-İnvest”in Müşahidə Şurasının sədrliyindən ayrılıb.
Onun yerinə Gözəlov Adil Firudin oğlu təyin edilib. “CPM-İnvest” MŞ-nin üzvləri isə Səfərov Toğrul İlyas oğlu və İsmayılov Xəyal Vahid oğludur.
Qeyd edək ki, Eldar Abdullayev 2024-cü ilin fevral ayında BFB-nin sədrliyindən ayrılıb “CPM-İnvest”in Müşahidə Şurasına sədr təyin edilmişdi.(Apa)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.