16 noyabr 2025-ci il tarixdən etibarən "Azercell Telekom" MMC-nin fakturasız (SimSim) xətt sisteminə aid nömrələrinin abunəçiləri üçün "Azercellim", "Bölgə", "GəncSim", "Hər Yerə" və "Bizimkilər" tarif paketləri yenilənmiş və daha əlverişli şərtlərlə istifadəyə veriləcək.
FED.az xəbər verir ki, bu dəyişikliklər abunəçilərin artan tələbatlarına uyğun olaraq həyata keçirilir. Yenilənmiş şərtlərə əsasən, tarif paketlərində mövcud olan 25 şəbəkədaxili danışıq dəqiqəsi əvəzinə abunəçilərə 40 dəqiqə bütün istiqamətlərə (ölkədaxili) danışıq imkanı təqdim olunacaq. Bu, abunəçilərə istənilən istiqamətdə daha sərbəst ünsiyyət və balansın daha rahat idarə olunmasını təmin edəcək.
Bununla yanaşı, internet və sosial şəbəkələrin istifadəsinə ümumi tələbatın yüksəlməsi nəzərə alınaraq, mobil internet paketinin həcmi də genişləndiriləcək və mövcud 250 MB-dan 450 MB-a qədər artırılacaq.
Təkmilləşdirilmiş şərtlər əsasında "Azercellim", "Bölgə", "GəncSim", "Hər Yerə" və "Bizimkilər" tarif paketlərinə 3,89 AZN aylıq abunə haqqı tətbiq olunacaq.
Bu dəyişikliklər gələcəkdə də tarif istifadəçilərinə yüksəkkeyfiyyətli və dayanıqlı xidmətlərin göstərilməsini təmin etməklə yanaşı, texniki göstəricilərin də davamlı şəkildə təkmilləşdirilməsinə imkan yaradacaq.
Qeyd:
1. "Azercellim", "Bölgə", "GəncSim", "Hər Yerə" və "Bizimkilər" tarif paketlərinin digər şərtləri dəyişilməz qalır.
2. Abunəçilər yuxarıda göstərilən dəyişikliklər, eləcə də "Azercell Telekom" MMC tərəfindən təqdim edilən digər xidmət, tarif, kampaniya və yeniliklər barədə ətraflı məlumatı www.azercell.com saytı, mobil tətbiq və ya Müştəri Xidmətlərindən (7/24 fəaliyyət göstərən Telefon Mərkəzi və ofisləri) əldə edə bilərlər.