Bu ilin yanvar-fevral aylarında Azərbaycana 5,1 milyon dollar dəyərində 204 ədəd yalnız elektrik mühərrikli avtomobil (elektromobil) idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, elektromobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 7 milyon dollar və ya 57,9%, miqdar ifadəsilə isə 105 ədəd, başqa sözlə 34% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral ayları ərzində ölkəyə 12,1 milyon dollar dəyərində 309 ədəd elektromobil gətirilmişdi.
Bu ilin yanvar-fevral aylarının nəticələrinə görə idxal olunan bir elektromobilin orta qiyməti 24 min 961 dollar (təxminən 42 min 434 manat) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 39 min 107 dollar (təxminən 66 min 482 manat) idi. Bu da illik müqayisədə 14 min 146 dollar (24 min 048 manat) və ya 36,2% ucuzlaşma deməkdir.











