2025-ci ilin ilk yarısında Azərbaycanın alüminium məhsullarının ixracı fərqli dinamika nümayiş etdirib. Belə ki, emal olunmamış alüminium ərintilərinin ixracı artsa da, alüminium plitələrinin ixracında azalma qeydə alınıb.
FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir ki,, yanvar-iyun aylarında emal olunmamış alüminium ərintilərinin ixracı 5,3 milyon dollar (25,7%) artaraq 25,9 milyon dollara çatıb.
Eyni zamanda, alüminium ərintilərindən düzbucaqlı plitələrin ixracı 5,3 milyon dollar (9,9%) azalaraq 48,4 milyon dollar təşkil edib.