Azərbaycan bank sektorunun ümumi kredit portfeli 2025-ci ildə 30 milyard 63 milyon manata çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 585,3 milyon manat və ya 9,4% artım deməkdir.
Belə ki, ötən ilin eyni dövründə (2024-cü ilin sonu) bankların cəmi kredit portfeli 27 milyard 477,7 milyon manat idi.
Portfelin aylıq müqayisəsində də artım baş verib. Aylıq müqayisədə (noyabr ayı ilə müqayisədə) portfel 377,5 milyon manat və ya 1,3% böyüyüb.
Xatırladaq ki, bankların cəmi kredit portfeli 2025-ci ilin dekabrın-1a 29 milyard 685,5 milyon manat, 2024-cü ilin sonunda isə 27 milyard 477,7 milyon manat təşkil edirdi.












