Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü olan “Ziraat Bank Azərbaycan” ASC-ni ziyarət edib.
FED.AZ xəbər verir ki, bankın baş ofisində keçirilən görüşdə “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Selçuk Demir, ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyəti sədrinin müavini Tahsin Gündem, İdarə Heyəti üzvləri Erdem Ercin, Nigar Ələsgərova və Lamiyə Bayramova, eləcə də Katibliyin nümayəndələri iştirak ediblər.
ATİB-in fəaliyyətindəki yeniliklərdən söz açan Mürsəl Rüstəmov Birliyə üzvlüyün şirkətlərə yaratdığı imkanlar, ATİB ilə dövlət qurumları arasında mövcud tərəfdaşlıq əlaqələri barədə ətraflı məlumat verib, eyni zamanda “Ziraat Bank Azərbaycan” ASC-nin ATİB üzvü kimi Birliyin təşəbbüslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirib.
ATİB İdarə Heyəti sədrinə diqqətinə və tərəfdaşlıqla bağlı müsbət fikirlərinə görə təşəkkür edən Selçuk Demir fəaliyyət göstərdiyi ölkələrdəki Türkiyə əhalisini, Türk iş adamlarını və bu ölkə ilə Türkiyə arasında cari və potensial ticarət əlaqələrini araşdırıb təhlil etmək və bu əlaqələrin inkişafına vasitəçilik etməyin Bankın əsas hədəflərindən biri olduğunu qeyd edib. Sədr bu baxımdan “Ziraat Bank Azərbaycan” ASC-nin dayanıqlı maliyyə alətlərinin tətbiqi və korporativ müştərilərlə qurduğu etibarlı əməkdaşlıq modeli ilə Azərbaycan iqtisadiyyatına da töhfə verməyə səy göstərdiyini diqqətə çatdırıb.
Daha sonra Birliyin mövcud fəaliyyəti və perspektiv layihələr barədə fikir mübadiləsi aparılıb.



![ATİB-in nümayəndə heyəti “Ziraat Bank Azərbaycan”ı ziyarət edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/975029.jpg)
![ATİB-in nümayəndə heyəti “Ziraat Bank Azərbaycan”ı ziyarət edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1487109.jpg)
![ATİB-in nümayəndə heyəti “Ziraat Bank Azərbaycan”ı ziyarət edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1985202.jpg)
![ATİB-in nümayəndə heyəti “Ziraat Bank Azərbaycan”ı ziyarət edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/219426.jpg)
![ATİB-in nümayəndə heyəti “Ziraat Bank Azərbaycan”ı ziyarət edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1674900.jpg)







