2025-ci il üzrə ölkənin bir sıra rayon və şəhərlərində adambaşına düşən investisiya qoyuluşunun ən aşağı olduğu bölgələr məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, əhali sayının çoxluğu və investisiya axınının nisbətən aşağı templə getməsi bəzi rayonları bu göstərici üzrə reytinqin son pillələrinə yerləşdirib.
Təqdim olunan statistikaya əsasən, adambaşına düşən investisiya göstəricisi ən aşağı olan bölgə 78 manatla Qazax rayonudur.
Siyahıda ondan bir qədər yuxarıda 79 manatlıq göstərici ilə Qax rayonu, 81 manatla Yardımlı rayonu və 82 manatla Goranboy rayonu qərarlaşıb. Masallı rayonunda bu rəqəm 84 manat, Lerik rayonunda 106 manat, Beyləqan rayonunda isə 117 manat təşkil edib.
Adambaşına investisiya göstəricisinin aşağı olduğu bölgələrin onluğunu Ucar və Bərdə rayonları (hər ikisində 119 manat), eləcə də 124 manatlıq nəticə ilə Cəlilabad rayonu tamamlayır.











