FED.az xəbər verir ki, "Kapital Bank" İpoteka kreditləşməsi üzrə aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "PAŞA Sığorta" işçi axtarır - VAKANSİYA
Öhdəliklər
• İpoteka kreditləşməsi üzrə bank məhsullarının yaradılması və inkişaf etdirilməsi;
• Gördüyü işlər haqqında şöbə rəisi və Departament direktoruna gündəlik məlumat təqdim etmək;
• Şöbə rəisinin göstərişinə əsasən qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirmək.
Tələblər
• Maliyyə, İqtisad sahəsində ali təhsil;
• Bank sektorunda ipoteka kreditləşməsi sahəsində minimum 2 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun hesabına verilən ipoteka kreditləri üzrə təcrübə;
• Yüksək səviyyədə MS Office bilikləri;
• Əla səviyyədə Azərbaycan dili, Rus dili biliyi arzuolunandır.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində "İpoteka kreditləşməsi üzrə aparıcı mütəxəssisi" qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.