Azərbaycanda nəhəngə neft-qaz layihələrinin reallaşmasında iştirak edən, o cümlədən «Əsrin müqaviləsi»nin operatoru olan BP-Azərbaycan şirkəti yerli şirkətlərlə əməkdaşlıq üçün təkliflərini açıqlayıb.
Eləcə də bax: BP-dən Azərbaycan şirkətlərinə - YENİ TƏKLİF 2
Şirkətdən FED.az-a verilən məlumata görə, əməkdaşlıq təkliflərindən biri belədir:
“Qaz turbinlərinin istismarı və texniki xidməti üzrə xidmətlərin göstərilməsi və SOLAR qurğularının təchizatı” xidmətinin satınalınması. Bu iş həcmi "Solar Turbines" komponentlərini, ehtiyat hissələrini, əlaqədar məhsulları və AGT Regionu üçün satışsonrası xidmətləri əhatə edir.
Təkliflərin qəbulu müddəti 01.07.2020-ci ildə bitir.