Mart ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FED.az-a verilən məlumata görə, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 6-10 dərəcə isti (gecələr 6-11 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək isti, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 20-27 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 7-11 dərəcə isti (gecələr 3-8 dərəcə şaxta, bəzi günlərdə 5 dərəcəyədək isti, gündüzlər 5-10 dərəcə isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 18-23 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 22-44 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 4-8 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 17-22 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 42-52 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 7-12 dərəcə isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-48 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 6-10 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-90 mm) olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 9-12 dərəcə isti (gecələr 6-11 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 22-27 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-45 mm) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 7-11 dərəcə isti (gecələr 5-10, bəzi günlərdə 0-3, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 21-26 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 56-112 mm) olacağı gözlənilir.
Mart ayında bizi necə hava gözləyir? RƏSMİ MƏLUMAT
12:18
28 Fev 2017