Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri tərəfindən 2017-ci ilin fevral ayının 24-də saat 11ºº-da Ağdaş şəhərində Heydər Əliyev Mərkəzində (Heydər Əliyev Meydanı 1 ) Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən FED.az-a verilən məlumata görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
Sıra №-si |
Şəhər (rayon) |
əlaqələndirici şəxs |
əlaqə telefonu |
1. |
Ağdaş rayonu |
Tahir Əliyev |
(020) 235-51-91 (051) 411-75-11 |
2. |
Göyçay rayonu |
Sahib Şükürov |
(020) 274-35-29 (050) 226-00-37 |
3. |
Ucar rayonu |
Alı Babayev |
(020) 213-01-27 (050) 234-04-65 |
4. |
Zərdab rayonu |
Urfan Əhmədov |
(020) 296-60-61 (050) 375-83-03 |