Fevralın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FED.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 0-2, gündüz 8-12, Bakıda gecə 0-2, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Sabaha olan HAVA MƏLUMATI
12:33
20 Fev 2017