Fevralın 18-də
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2-5° isti.
Bakıda gecə 2-4° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.
Gecə və səhər yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti:
Əsasən yağmursuz. Bəzi yerlərdə duman. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb
küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 9-14°
şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.