"Azər-Türk Bank" ASC və onlayn ödəmə xidməti provayderi olan "GoldenPay" şirkəti arasında müqavilə imzalanıb.
Bankdan verilən məlumata görə, müqaviləyə əsasən, plastik kart sahibləri "Azər-Türk Bank"a olan kredit kartı və cari kredit borclarını "Hesab.az" portalına daxil olmaqla, onlayn şəkildə anında ödəyə biləcəklər.
Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.