Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə əsasən Tahir Əliyev Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin, Əhməd Ramazanov Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin, Elçin Hüseynov Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin, Lətifə Mövsümova Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin, Vüsal Nəsirli Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi
(Ağdaş, Ucar, Zərdab və Göyçay rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi)
Tahir Əliyev- Ağdaş rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra etmişdir. 2017-ci il 5 yanvar tarixində Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi təyin olunmuşdur (Xalq Təsərrüfatı İnstitunda sənayenin planlaşdırılması, A.Zeynallı adına musiqi məktəbində xalq çalğı alətləri ixtisası üzrə təhsil almışdır).
Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi
(Şirvan şəhər, Sabirabad, Saatlı, və Hacıqabul rayon mədəniyyət və turizm şöbələrinin bazasında Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi)
Əhməd Ramazanov - Sabirabad rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra etmişdir. 2017-ci il 5 yanvar tarixində Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi təyin olunmuşdur. (Naxçıvan Dövlət Pedaqoji İnstitutunda azərbaycan dili və ədəbiyyat ixtisası üzrə təhsil almışdır).
Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi
(Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayon mədəniyyət və turizm şöbələrinin bazasında Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi)
Elçin Hüseynov - Nazirliyin Aparatının sektor müdiri vəzifəsini icra etmişdir. 2017-ci il 5 yanvar tarixində Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin rəis təyin olunmuşdur (Azərbaycan Dövlət Pedaqoji Universitetində orta məktəbdə riyaziyyat müəllimi ixtisası üzrə təhsil almışdır).
Masallı Regional Mədəniyyət və Turizm İdarəsi
(Masallı, Yardımlı və Cəlilabad rayon mədəniyyət və turizm şöbələrinin bazasında Masallı Regional Mədəniyyət və Turizm İdarəsi)
Lətifə Mövsümova - Masallı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra etmişdir. 2017-ci il 5 yanvar tarixində Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəis təyin olunmuşdur (Azərbaycan Dövlət Pedaqoji İnstitutunda pedaqogika və psixologiya ixtisası üzrə təhsil almışdır).
Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsi
(Lənkəran şəhər, Astara və Lerik rayon mədəniyyət və turizm şöbələrinin bazasında Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsi)
Vüsal Nəsirli - Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra etmişdir. 2017-ci il 5 yanvar tarixində Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəis təyin olunmuşdur (Lənkəran Dövlət Universitetində tarix-ictimaiyyət ixtisası üzrə təhsil almışdır).